Oleq Pekos: Özbəkistan Azərbaycanla rəqəmsal bazar yaratmaq üçün potensial görür
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan və Özbəkistan arasında ümumi rəqəmsal bazar yaratmaqla bağlı yüksək potensial mövcuddur.
Bu barədə “Report”a müsahibəsində Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Oleq Pekos bildirib.
"Azərbaycan və Özbəkistan arasında ümumi rəqəmsal bazar yaratmaqla bağlı yüksək potensial mövcuddur. İnformasiya texnologiyaları sahəsində səylərin birləşdirilməsi sərhədlərarası rəqəmsal ticarəti sadələşdirməyə, həmçinin startapların genişləndirilməsi və innovativ həllərin tətbiqi üçün əlverişli şərait yaratmağa imkan verəcək", - o qeyd edib.
Nazir müavininin sözlərinə görə, Belə bir təşəbbüsün həyata keçirilməsi üçün konkret addımlar lazımdır. O bildirib ki, buraya rəqəmsal əməkdaşlıq haqqında ikitərəfli sazişin imzalanması, texniki və normativ aspektlərin razılaşdırılmasına dair işçi qrupun yaradılması, pilot rəqəmsal layihələrin (elektron sənəd dövriyyəsi platforması, təhsil portalları və s.) işə salınması, həmçinin rəqəmsal infrastrukturun inkişafı daxildir.
“Bu gün “IT Park” rezidentləri arasında Azərbaycan kapitallı 6 şirkət (PUSH30, SOFTGILE, FINANCIAL CHAIN CORPORATION və s.) mövcuddur. Bu müəssisələrdə 115 nəfər çalışır və 2024-cü ilin yekunlarına görə, bu müəssisələr tərəfindən göstərilən xidmətlərin həcmi 51,3 milyard sum təşkil edib”, - O.Pekos vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 04 Avqust 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















