Olimpik Lion Liqa 2 yə göndərilməyəcək RƏSMİ
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Olimpik Lion"un Fransa Futbol Klublarına Nəzarət və İdarəetmə Milli Direktorluğuna (DNCG) təqdim etdiyi apellyasiya şikayəti təmin olunub və komandanın Liqa 1-də qalacağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, məlumnatı sözügedən klubun mətbuat xidməti yayıb.
Bəyanat belədir: "Bugünkü qərar "Lion"a etibarın bərpası yönündə atılan ilk addımdır. İndi biz diqqətimizi idmanla bağlı məqsədlərə yönəldə və yeni mövsümə tam şəkildə hazırlaşa bilərik".
Daha öncə "Lion"un maliyyə hesabatı qaydalarını pozduğu üçün Liqa 2-yə göndərilməsi gündəmdə idi. Komanda ötən mövsüm Liqa 1-də 6-cı yeri tutub.
Nihat

Liqa 1: Olimpik Lion heç heçə etdi, Olimpik Marsel uduzdu
27 Yanvar 2025 03:15
Liqa 1: Olimpik Marsel Olimpik Lion u məğlub yola saldı
04 Fevral 2025 08:05
Liqa 1: Olimpik Lion da qələbə qazandı, Olimpik Marsel də
10 Fevral 2025 03:13
Fransa Liqa 1: Olimpik Lion da qalib gəldi, Olimpik Marsel də
03 Mart 2025 06:02

