Olimpiya çempionuv Bakı Xankəndi yarışı üçün Azərbaycana gələcək
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
2012-ci ildə olimpiya çempionu olmuş velosipedçi Aleksandr Vinokurov "Bakı-Xankəndi" beynəlxalq yarışı üçün Azərbaycana gələcək.
525.az-a bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.
52 yaşlı veteran idmançı qonaq qismində ölkəmizə səfər edəcək. A.Vinokurov turnirin favoriti hesab edilən Qazaxıstanın "XDS Astana" komandasının baş meneceridir.
"Bakı-Xankəndi" yarışında ümumilikdə 21 ölkədən 25 komanda mübarizə aparacaq. Onların arasında 1 Dünya Turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığması yer alır.
Qeyd edək ki, mayın 10-14-ü aralığında təşkil olunacaq Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Bakı-Xankəndi" yarışı 21 şəhər və rayonu əhatə edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 03 Mart 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















