Olimpiya mükafatçılarımızın medallarında problem yaranıb? İdman və Biz
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında qazandıqları medalların keyfiyyətində hansısa problem ortaya çıxmayıb.
Bunu İdman.biz-in sorğusuna cavab olaraq Olimpiadanın mükafatçıları deyiblər.
Yay Olimpiya Oyunlarından qızılla vətənə dönən cüdoçu Zelim Kotsoyev (100 kq) və gümüş medal qazanan taekvondoçu Qaşım Maqomedov (58 kq) mükafatlarının yaxşı vəziyyətdə olduğunu bildiriblər.
Paris-2024 Yay Paralimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan parataekvondoçu İmaməddin Xəlilov (70 kq, K-44) da qızılının yaxşı vəziyyətdə olduğunu və hər hansı problemlə qarşılaşmadığını deyib.
Qeyd edək ki, bu günlərdə fransalı üzgüçülər Kleman Sekki ilə Yohann Ndoy Bruar Paris-2024-ün medallarının keyfiyyətindən şikayətləniblər. Onlar Olimpiadada qarışıq estafet yarışında qazandıqları mükafatın fotolarını yayımlayaraq, təşkilatçıları günahlandırıblar.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Yanvar 2025 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















