Olimpiya mükafatçısı Tokioda velosiped sürərkən ciddi xəsarət alıb
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yeni Zelandiyadan olan Olimpiya mükafatçısı, triatlonçu Hayden Uayld Tokioda velosiped sürərkən ciddi xəsarət alıb. SİA xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabları vasitəsilə bildirib.
O, velosiped qəzası keçirdiyini, nəticədə dörd qabırğasının qırıldığını, çiynini sındırdığını və ağciyərlərində problem yarandığını söyləyib.
İdmançı mayın 3-də "Asics Tokyo Speed Race"də 10 km məsafə üzrə yeddinci yeri tutub.
Qeyd edək ki, 27 yaşlı triatlonçu Yay Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı olub. Onun həmçinin dünya çempionatında bir gümüş və iki bürünc medalı da var.
Baxış sayı:113
Bu xəbər 05 May 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















