Olimpiya və dünya çempionları Şuşaya səfər ediblər FOTOLAR
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə beynəlxalq yarışlarda Azərbaycanı yüksək nailiyyətlərlə təmsil etmiş güləşçilərin Şuşa şəhərinə səfəri təşkil edilib.
Bakıvaxtı.az xəbər verir ki, İdarənin icraçı direktoru Tural Novruzov Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Olimpiya və dünya çempionu Fərid Mansurovla, MOK-un İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Namiq Abdullayevlə, dünya və Avropa çempionu Rafiq Hüseynovla, Güləş Federasiyasının baş katibi Pərvin Piriyevlə görüşüb.
Görüş zamanı icraçı direktor güləş növündə Azərbaycanı daim layiqincə təmsil etdiklərinə, göstərdikləri əzmkar qələbəyə görə idmançılara öz minnətdarlığını bildirib.
Səfər çərçivəsində qonaqlar Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin müəllim və şagird heyəti ilə də görüşüblər.
Tədbirdə idmançılar çıxış etdikləri yarışlar və əldə etdikləri nəticələr barədə şagirdlərlə söhbət edib, onların suallarını cavablandırıblar.
Sonra idmançılar Xankəndi şəhərində Qarabağ Universitetini ziyarət ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 22 Yanvar 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















