Olise Platini, Desayi və Zidanın sırasına QOŞULDU
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Bavaria Munich klubunun futbolçusu Maykl Olise UEFA Çempionlar Liqasında diqqət çəkən göstəriciyə imza atıb.
Milli.Az xəbər verir ki, fransalı vinger turnirin yarımfinal mərhələsində öz ölkəsinin komandalarına qol vuran nadir futbolçular siyahısına daxil olub. O, ilk oyunda PSJ ilə keçirilən və 4:5 hesabı ilə başa çatan qarşılaşmada fərqlənməyi bacarıb.
Bununla da Olise, əvvəllər bu nailiyyəti əldə etmiş fransalı əfsanələrin sırasına qoşulub. 1985-ci ildə Mişel Platini "Bordo"ya, 1994-cü ildə Marsel Desayi "Monako"ya, 1998-ci ildə isə Zinəddin Zidan yenidən "Monako"ya qarşı yarımfinalda qol vurmuşdu.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü mayın 6-da keçiriləcək və finala vəsiqə uğrunda mübarizə davam edəcək.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:229
Bu xəbər 29 Aprel 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















