Ölkə çempionları müəyyənləşib
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gənc boksçular arasında Azərbaycan birinciliyi başa çatıb. Sport24.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 64 komandanın 304 (278 kişi, 26 qadın) idmançısı qüvvəsini sınayıb.
6 gün davam edən turnirin son günündə oğlanlar arasında 13, qızlarda 5 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil edilən yarışda bu gün final görüşləri keçirilib və ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.
Turnirin komanda hesabında "Təhsil" Respublika İdman Mərkəzi 45 xalla birinci yeri tutub. İkinci pilləyə Gəncə (31) yiyələndiyi halda, "üçlüy"ü "Dəmir Yumruq" (27) qapayıb.
Birincilikdə ən yaxşı boksçu adına Sübhan Məmmədov layiq görülüb. Ən yaxşı məşqçi Ruslan Dadaşov (Şirvan), ən yaxşı hakim isə Rövşən Qədirov seçilib.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Yanvar 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















