Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 avqust, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin avqustun 13-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə edilib, leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 17, Zaqatala və Qaxda (Sarıbaş) 16 , Şahdağda 9, Balakəndə 8, Qrızda 7, Xınalıq, Gədəbəy, Lerik, Qəbələ, Quba, Tərtər, Mingəçevir, Beyləqan, Biləsuvar, İmişli, Ağdam, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xankəndi, Füzuli, Sabirabad, Cəfərxan, Neftçala, Şamaxı, Qobustan, Xaltan, Qusar, Oğuz, Daşkəsən, Tovuz, Ordubad, Şərur, Culfa, Naxçıvan, Yardımlı, Ağstafa, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 3 millimetrədək qeydə alınıb.
Avqustun 12-də Culfada şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir saniyədə 21 metrədək güclənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Avqust 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















