Ölkə futbolunun taleyini dəyişməyə nə qədər məsuliyyətli yanaşılıb?
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
AFFA yeni İnkişaf Strategiyasının ilkin oxunuşunu təqdim etdi, təklif və rəylərin yanvarın 13-nə qədər qəbul ediləcəyi bildirildi. Layihənin yekun versiyası bu mərhələdən sonra təqdim ediləcək.
Maraqlıdı, müraciətə səs verən olubmu? Görəsən ölkə futbolunun taleyini dəyişməyə nə qədər məsuliyyətli yanaşılıb?
AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli “FutbolPress“ə açıqlamasında layihə barədə 3 gün müddətinə 50-dən çox təklif və rəylə bağlı imeyl gəldiyini bildirdi:
“AFFA-nın İnkişaf Strategiyasının layihəsi ilə bağlı rəy və təkliflərin göndərilməsi üçün yanvarın 13-ü saat 12:00-a kimi vaxt qoyulmuşdu. Təklifləri link və imeyl ünvanına göndərmək mümkün idi. Sevindirici haldır ki, Azərbaycan futbol ictimaiyyəti AFFA-nın yeni İnkişaf Strategiyasına biganə qalmadı. 3 gün ərzində futbol mütəxəssisləri, məşqçilər, azarkeşlər, media nümayəndələri tərəfindən 50-dən çox təklif və rəy aldıq. Həmin təklif və rəylər yaxın vaxtlarda müzakirə olunacaq və strategiyanın hazırlanmasında köməklik göstərmiş şirkətlərə göndəriləcək. Sonda isə AFFA İcraiyyə Komitəsi strategiyanın yekun variantını təsdiqləyəcək”.
Strategiya layihəsinin yekun forması AFFA İcraiyyə Komitəsinin qarşıdakı iclasında açıqlanacaq.
Şahin Cəfərov
13 Yanvar 2025, 20:27
13 Yanvar 2025, 11:00
13 Yanvar 2025, 8:05
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 14 Yanvar 2025 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















