Ölkə iqtisadi cəhətdən çox zəifdir, siyasətimiz yenidən nəzərdən keçirilir Ağ Evdən Kuba mesajı
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağ Evin mətbuat katibi Karolin Livit ABŞ-ın Kubaya qarşı siyasətinin hazırda hökumətin ən yüksək səviyyələrində müzakirə olunduğunu və bu istiqamətdə təkmilləşdirmə işlərinin davam etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə mətbuat katibi jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə məlumat verib.
Livit ABŞ Prezidenti Donald Trampın "İranla müharibə bitdikdən sonra növbəti hədəf Kuba olacaq" mənasındakı son açıqlamalarını şərh edərkən qeyd edib ki, hazırda bu barədə yeni bir elan yoxdur. Lakin o, ABŞ Baş Qərargah rəisinin rəyinə istinadən Kuba dövlətinin daxildən dağılma təhlükəsi ilə üz-üzə olduğunu iddia edib:
"Kuba hazırda çox zəifdir. Onlar iqtisadi və maliyyə baxımından olduqca həssas vəziyyətdədirlər", — deyə mətbuat katibi vurğulayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 08 Aprel 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















