Icma.az
close
up
RU
Ölkə kubokunun finalı ilə bağlı maraqlı məqamlar nəhəng finala 2 saat qaldı

Ölkə kubokunun finalı ilə bağlı maraqlı məqamlar nəhəng finala 2 saat qaldı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

* Finalçılardan yalnız biri əvvəllər bu titulu qazanıb. “Qarabağ” 8 dəfə kuboku qazanmaqla turnirin mütləq rekordunun sahibidi. Qurban Qurbanovun yetirmələri həm də kubokun son qalibidi. “Qarabağ” ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaqla öz rekorduni yeniləyə bilər. Tarixində ilk dəfə final həyəcanı yaşayacaq “Sabah” isə birinci titulunu əldə etməyə köklənib. “Sabah” qalib gəlsə, kubokun sahibi olacaq 10-cu komanda kimi tarixə düşəcək. 1992-ci ildən keçirilən yarışda 9 klub qalib olub: “Qarabağ” – 8, “Neftçi” – 6, “Kəpəz” – 4, “Xəzər Lənkəran”, “Bakı” – 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” – 2, “İnşaatçı” B, “Şəfa” – 1.
* 33-cü ölkə kubokunun finalı həlledici matçdakı debütlə əlamətdar olacaq. “Sabah” ilk dəfə finalda iştirak edir. Son iki finalda yeni ad olmayıb. 2023-cü ildə “Qəbələ” və “Neftçi”, ötən il isə “Qarabağ” və “Zirə” finalda qarşılaşıb. Finalda sonuncu yeni ad 2022-ci il mayın 27-də olub. 1100 gün əvvəl “Qarabağ”la görüşən “Zirə” penalty seriyasında uduzub – 1:1, p. - 3:4.
* “Qarabağ”la “Sabah” kubokun finalında ilk dəfə üz-üzə gələcək. Əvvəlki 30 finalda 23 fərqli cüt qarşılaşıb. Mayın 31-də qarşılaşacaq cütlük finallar tarixində 24-cü olacaq. Əvvəlki 23 cütdən biri 3, beşi 2, qalanı 1 dəfə qarşılaşıb. Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə baş tutan duellərdə bakılılar 1995/96 (3:0), ağdamlılar 2014/15 (3:1) və 2015/16 (1:0) mövsümlərində qalib gəlib. Dörd cütdə isə eyni komanda hər iki matçda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/99 (0:0, p. - 5:3) və 2003/04 (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997/98 (2:0) və 1999/00 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/08 (2:0, əlavə vaxtda) və 2010/11 (1:1, p. - 4:2), “Qarabağ” “Zirə”ni 2021/22 (1:1, p. - 4:3) və 2023/24 (2:1) mövsümlərində üstələyib. “Neftçi” ilə “Qəbələ”nin finallarında hər komanda bir dəfə qalib gəlib. 2013/14 mövsümündə bakılılar (1:1, p. - 3:2), 2022/23 mövsümündə isə qəbələlilər (1:0, əlavə vaxtda) kuboka sahib çıxıb.
* Finalçıların baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaq. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olan mütəxəssisdi. Ağdam klubu ilə 6 kubok qazanan təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci kuboka sahib olmaq istəyir. Vasili Berezutski isə “Sabah”ın baş məşqçisi postuna cari mövsümün gedişində gəlib. Debüt mövsümündə finala yüksələn rusiyalı mütəxəssis kuboku qazanan 17-ci məşqçi kimi tarixə düşə bilər. İndiyədək 16 mütəxəssis belə uğura imza atıb: Qurban Qurbanov – 6, Mehman Allahverdiyev – 4, Agasəlim Mircavadov – 3, Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov – 2, Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov, Elmar Baxşıyev – 1.
* Ölkə kubokunun finalı “Qarabağ”la “Sabah” arasındakı 30-cu duel olacaq. Əvvəlki 29 oyundan 27-si çempionat, 2-si kubok çərçivəsində keçirilib. Ağdamlılar 16, bakılılar 3 qələbə qazanıb. 10 matçda qalib müəyyənləşməyib. “Qarabağ” bu oyunlarda 60, “Sabah” isə 29 qol vurub.
29.09.2018. Premyer-liqa. “Sabah” – “Qarabağ” 0:2
24.11.2018. Premyer-iqa. “Qarabağ” – “Sabah” 1:1
23.02.2019. Premyer-liqa. “Sabah” – “Qarabağ” 1:1
13.04.2019. Premyer-liqa. “Qarabağ” – “Sabah” 3:0
06.10.2019. Premyer-liqa. “Qarabağ” – “Sabah” 2:0
02.12.2019. Premyer-liqa. “Sabah” – “Qarabağ” 0:1
29.02.2020. Premyer-liqa. “Qarabağ” – “Sabah” 0:0
22.08.2020. Premyer-liqa. “Qarabağ” – “Sabah” 2:0
21.01.2021. Premyer-liqa. “Sabah” – “Qarabağ” 1:2
13.03.2021. Premyer-liqa. “Qarabağ” – “Sabah” 2:0
09.05.2021. Premyer-liqa. “Sabah” – “Qarabağ” 0:4
17.10.2021. Premyer-liqa. “Sabah” – “Qarabağ” 1:2
04.12.2021. Premyer-liqa. “Qarabağ” – “Sabah” 5:1
12.03.2022. Premyer-liqa. “Sabah” – “Qarabağ” 0:1
03.05.2022. Premyer-liqa. “Qarabağ” – “Sabah” 1:1
11.09.2022. Premyer-liqa. “Qarabağ” - “Sabah” 4:3
13.11.2022. Premyer-liqa. “Sabah” – “Qarabağ” 0:0
11.02.2023. Premyer-liqa. “Qarabağ” – “Sabah” 1:1
16.04.2023. Premyer-liqa. “Sabah” – “Qarabağ” 2:1
17.09.2023. Premyer-liqa. “Qarabağ” – “Sabah” 2:0
24.11.2023. Premyer-liqa. “Sabah” – “Qarabağ” 1:2
30.01.2024. Ölkə kuboku. “Sabah” – “Qarabağ” 1:7
08.02.2024. Ölkə kuboku. “Qarabağ” – “Sabah” 3:4
11.02.2024. Premyer-liqa. “Qarabağ” – “Sabah” 3:3
14.04.2024. Premyer-liqa. “Sabah” – “Qarabağ” 3:2
29.09.2024. Premyer-liqa. “Qarabağ” – “Sabah” 3:2
07.12.2024. Premyer-liqa. “Sabah” – “Qarabağ” 1:1
22.02.2025. Premyer-liqa. “Qarabağ” – “Sabah” 1:1
27.04.2025. Premyer-liqa. “Sabah” – “Qarabağ” 1:1
* Ölkə kubokunun indiyədək keçirilən 30 final matçını 18 baş hakim idarə edib. 1992-ci ildən keçirilən yarışın şərikli rekordçuları Fariz Yusifovla Əliyar Ağayevdi. Onlar hamıdan çox – hərəyə 4 dəfə həlledici görüşdə ədaləti qoruyub. Vüsal Əliyev və Xaqani Məmmədov 3, Tahir Süleymanovla İnqilab Məmmədov 2 final idarə edib. Digər 12 referi isə hərəyə 1 dəfə finalda baş hakim funksiyasını yerinə yetirib. Bunlar Gülağa Cabarov, Orucəli Durmuşov, Nüvər Xasıyev, Asim Xudiyev, Məhəmməd Məmmədov, İmanxan Sultani, Manuel Qrafe (Almaniya), Elçin Məmmədov, Rəhim Həsənov, Rauf Cabbarov, Elçin Məsiyev və Rəvan Həmzəzadədi.
* Ölkə kubokunun finalı 3-cü dəfə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. İndiyə qədər bu stadionda iki final baş tutub. İlk belə matç 1994-cü ildə təşkil olunub. 1993/94 mövsümünün finalında “Kəpəz” Lənkəran “Xəzər”ini məğlub edib. Yeddi ildən sonra final yenidən Sumqayıtda baş tutub. Bu dəfə “Şəfa” “Neftçi”yə qalib gəlib. Ümumilikdə isə kubokun həlledici oyunlarına 8 arena evsahibliyi edib. Tofiq Bəhramov adına Respublika stadionunda daha çox – 18 final keçirilib. Sumqayıt üçüncü dəfə finalı qəbul etməklə Qəbələ şəhər stadionuna çatacaq. Naxçıvan Muxtar Respublika stadionu və “Liv Bona Dea Arena” həlledici qarşılaşmaya iki dəfə evsahibliyi edib. “ASK Arena”, “Bank Respublika Arena” və “Neftçi Arena”da isə cəmi bir dəfə final qarşılaşması keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see167

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see144

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see141

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see137

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see133

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see130

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri