Icma.az
close
up
RU
Ölkə turizmini vuran gözlənilməz böhran Say niyə azaldı?

Ölkə turizmini vuran gözlənilməz böhran Say niyə azaldı?

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cari ilin yanvar-mart aylarında ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, həmin müddətdə ölkəmizə 172 dövlətdən 484,4 min şəxs gəlib. Qonaqların 25,9 faizi Rusiya, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan və 3,6 faizi Hindistanın payına düşüb. Ümumi gələnlərin 71,8 faizini kişilər, 28,2 faizini isə qadınlar təşkil edib.
Turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, 2026-cı ilin ilk rübündə Azərbaycanda turist sayında müəyyən azalma müşahidə olunur:
“Bunun əsas səbəbi kimi regiondakı siyasi vəziyyət, xüsusilə qonşu İranda baş verən müharibə göstərilə bilər. Hazırda vəziyyət elədir ki, nəinki həmin istiqamətdən Azərbaycana turist axını azalıb, eyni zamanda Azərbaycandan Körfəz ölkələrinə turist səfərlərində də kəskin azalma var. Bu vəziyyətin əsas səbəbi müharibə fonunda hava məkanının bağlanması, uçuşların geniş miqyasda təxirə salınması və ya ləğv olunmasıdır. Bu amillər turizmə ciddi təsir göstərir. Statistikaya baxdıqda isə görürük ki, Rusiya, Avropa və MDB ölkələrindən gələn turistlərin sayında artım, yəni müsbət dinamika müşahidə olunur. Bunun səbəbi həmin istiqamətlərdə uçuşların normal rejimdə davam etməsidir. Türkiyə istiqamətində də oxşar vəziyyət hökm sürür. Lakin Körfəz ölkələri istiqamətində tam əks mənzərə ilə qarşılaşırıq. Azərbaycanda turistlər arasında populyar olan Dubay, Əbu-Dabi, Doha kimi şəhərlərə uçuş məhdudiyyətləri səbəbindən səfərlər demək olar ki, dayandırılıb. Eyni səbəbdən həmin ölkələrdən Azərbaycana turist axını da kəskin azalıb. Digər mühüm məqam isə Hindistan və Pakistan vətəndaşları ilə bağlıdır. Azərbaycana gələn bu turistlərin əksəriyyəti Körfəz ölkələrində, xüsusilə Birləşmiş Ərəb Əmirliklərində yaşayır və oradan ölkəmizə səfər edirlər. Uçuşların məhdudlaşdırılması onların da Azərbaycana gəlişinə ciddi təsir göstərib və bu azalma artıq statistikada açıq şəkildə görünür. Bu səbəbdən turist sayındakı azalmanı əsasən regionda baş verən müharibə ilə əlaqələndirmək daha doğru olar”. 
O qeyd edib ki, bu halı ölkədaxili turizm strategiyasındakı boşluqlarla bağlamaq düzgün olmazdı:
“Hazırda artıq may ayıdır və yeni turizm mövsümü başlayır. Otellər rezervasiyalar qəbul etməlidir. Təəssüf ki, xüsusilə bölgə otelləri bu vəziyyətdən daha çox təsirlənir. Nəzərə alsaq ki, Körfəz ölkələrindən, eləcə də Hindistan və Pakistandan gələn turistlər daha çox Qəbələ, Quba kimi bölgələrə üz tuturdu, hazırda həmin regionlardakı otellər müəyyən çətinliklərlə üzləşir. Əgər regiondakı müharibə tezliklə başa çatmasa, bu yay mövsümündə, xüsusilə bölgələr üzrə turizm sektorunda ötən illərlə müqayisədə geriləmə gözlənilir. Bu geriləmə həm turist sayında, həm də gəlirlərdə özünü göstərə bilər. Çünki Avropa və Rusiya istiqamətindən gələn turistlər əsasən Bakıda qalır, bölgələrə isə daha çox Körfəz ölkələri, Hindistan və Pakistan vətəndaşları səfər edirdi. Ümid edirik ki, münaqişələr qısa zamanda həllini tapacaq və ölkəmizin turistik bölgələri yenidən turist axını ilə canlanacaq”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 May 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri