Icma.az
close
up
RU
Ölkədə 11 gündə 6400 zəlzələ olub, 6 bal gücündə yeni dalğa gözlənilir

Ölkədə 11 gündə 6400 zəlzələ olub, 6 bal gücündə yeni dalğa gözlənilir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yunanıstanın Santorini adasında qorxulu anlar davam edir. 13 min insanın tərk etdiyi adada fövqəladə vəziyyət elan edilib. Ehtiyat tədbirləri ən yüksək səviyyədə görülsə də, sürüşmə səbəbindən bəzi ərazilərə giriş qadağan edilib.

Bizimyol.info xəbər verir ki, Yunanıstanın turizm adaları, Santorini və Amorgos arasında davam edən “zəlzələ fırtınası” heç bir azalma əlaməti göstərmir.

Mütəxəssislər 2024-cü ildə Yunanıstanda 4 baldan böyük 90 zəlzələnin, iki ada arasındakı bölgədə isə cəmi 6 gündə 4 baldan böyük 108 zəlzələnin baş verdiyini açıqlayıb. Bu zəlzələlərin ən güclüsü ötən gün 5,2 bal gücündə baş verib.

Yanvarın 26-dan bu yana bölgədə 6400 zəlzələ baş verib. Mütəxəssislər əlavə edir ki, zəlzələlərin nə vaxt bitəcəyi ilə bağlı qəti açıqlama vermək mümkün deyil. Zəlzələlərin günlərlə, bəlkə də həftələrlə davam edəcəyi, 6 bal gücünə qədər zəlzələnin olacağı güman edilir. Digər tərəfdən, təxminən 13 min insanın tərk etdiyi Santorini adasında fövqəladə vəziyyət elan edilib. Həyatın dayandığı adada dükanların çoxu ehtiyat tədbiri olaraq bağlanıb.

Zəlzələlərin yaratdığı torpaq sürüşmələri səbəbindən adanın bəzi küçələrinə giriş qadağan edilib. Səlahiyyətlilər adaya xüsusi it dəstələrinin və mobil əməliyyat mərkəzinin göndərildiyini, fövqəladə hallarda helikopterlərin hazır vəziyyətdə olduğunu bildiriblər. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis də ötən gün açıqlama verib: “Tədbirlər çərçivəsində bütün dövlət mexanizmi səfərbər edilib. Vətəndaşlarımızı hakimiyyətlə əməkdaşlığa çağırıram”, - deyə qeyd edib.

Sonuncu dəfə Santorinidə 7,5 bal gücündə zəlzələ 1956-cı ildə baş vermiş, ən azı 53 nəfər həyatını itirmişdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Fevral 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri