Icma.az
close
up
RU
Ölkədə abortların sayı sürətlə artır TƏHLÜKƏ

Ölkədə abortların sayı sürətlə artır TƏHLÜKƏ

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Statistikada narahatlıq doğuran məqamlardan biri də yeniyetmə qızlar arasında abort hallarının qeydə alınmasıdır

Azərbaycanda abortların sayının sürətlə artması ciddi narahatlıq doğuran sosial-demoqrafik problemlərdən birinə çevrilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqladığı son statistika göstərir ki, ölkədə hamiləliyin süni yolla pozulması halları ildən-ilə artır və artıq təhlükəli həddə çatmağa başlayıb.

Komitənin məlumatına görə, 2021-ci ildə Azərbaycanda 46 min abort qeydə alındığı halda, bu rəqəm 2022-ci ildə 57 minə, 2023-cü ildə 73 minə, 2024-cü ildə 78 minə yüksəlib. 2025-ci ildə isə ölkədə qeydə alınan abortların sayı 95 min 117-yə çatıb. Rəqəmlər açıq şəkildə göstərir ki, cəmi dörd il ərzində abortların sayı iki dəfəyə yaxın artıb. Bu dinamika demoqrafiya, ailə institutu, sosial rifah və milli təhlükəsizlik baxımından ciddi siqnallar verir. Ekspertlər qeyd edir ki, mövcud tendensiya davam edərsə, yaxın illərdə həm gender balansı, həm də əhali artımı baxımından daha ciddi problemlər ortaya çıxa bilər. Buna görə də problemin səbəblərinin dərindən araşdırılması və kompleks həll yollarının hazırlanması zəruridir.

Statistikada diqqət çəkən və narahatlıq doğuran məqamlardan biri də yeniyetmə qızlar arasında abort hallarının qeydə alınmasıdır. Məlumatlara əsasən, 2025-ci ildə 15-19 yaş qrupunda ümumilikdə 3244 abort baş verib. Bu abortlardan 66-sı isə 15-17 yaşlı qızların payına düşür.

Mütəxəssislər hesab edirlər ki, bu rəqəmlər erkən yaşlarda reproduktiv sağlamlıq problemlərinin mövcudluğunu, ailədaxili maarifləndirmənin yetərsizliyini və yeniyetmələr arasında reproduktiv sağlamlıq mövzusunda bilik çatışmazlığını ortaya qoyur. Erkən nikahlar, sosial təzyiqlər, reproduktiv sağlamlıqla bağlı məlumat azlığı və psixoloji faktorlar yeniyetmələr arasında abort hallarının artmasına təsir edən əsas səbəblər sırasındadır.Abort statistikası ilə bağlı müzakirələr zamanı ən çox diqqət çəkən məsələlərdən biri də selektiv abortlardır.

Bir sıra ekspertlər hesab edir ki, rəsmi statistikada görünən rəqəmlərin müəyyən hissəsi məhz cinsiyyət seçiminə əsaslanan abortlarla bağlıdır.
Xatırladaq ki, uzun illər beynəlxalq hesabatlarda Azərbaycan selektiv abortların yüksək olduğu ölkələr sırasında göstərilib. Bu gün də problemin tam aradan qalxdığını söyləmək mümkün deyil.

Bəzi ekspertlər qeyd edirlər ki, rəsmi statistika bütün abortları əhatə etmir. Onların qənaətincə, qeyri-rəsmi şəkildə həyata keçirilən və uçota düşməyən abortların müəyyən hissəsini də məhz selektiv abortlar təşkil edir. Selektiv abort dedikdə dölün cinsinə görə hamiləliyin süni şəkildə sonlandırılması nəzərdə tutulur. Ən çox rast gəlinən hallarda valideynlər oğlan övladına üstünlük verdikləri üçün qız uşağı gözlədiklərini öyrəndikdən sonra hamiləliyin pozulmasına qərar verirlər.

Belə hallar xüsusilə artıq bir və ya iki övladı olan ailələrdə daha çox müşahidə edilir. Bəzi ailələr oğlan uşağı arzusuna görə qız övladını dünyaya gətirməkdən imtina edir və nəticədə aborta əl atırlar.

Demoqrafların fikrincə, uzun müddət davam edən cinsiyyət seçimi tendensiyası doğulan oğlan və qız uşaqlarının nisbətini pozur. Bu isə gələcəkdə nikah bazarında disbalans, ailə qurmaq imkanlarının azalması, sosial gərginlik və digər problemlər yarada bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yaxın onilliklərdə qadınların sayında azalma baş verərsə, bu, təkcə ailə institutuna deyil, həm də əmək bazarına, sosial münasibətlərə və əhali artımına mənfi təsir göstərə bilər.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda qadının istəyi ilə hamiləliyin 12 həftəyədək süni şəkildə pozulmasına icazə verilir. Qanunda aborta məcbur etmə və ya qadını aborta təhrik etməyə görə məsuliyyət nəzərdə tutulub. Belə hallarda təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Lakin könüllü aborta görə hər hansı cinayət məsuliyyəti yoxdur.

Eyni zamanda diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan qanunvericiliyində selektiv abort anlayışı ayrıca hüquqi məsuliyyət yaradan hal kimi müəyyən edilməyib.

Hamiləliyin süni şəkildə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahısında cinsiyyət amili yer almır. Buna baxmayaraq, selektiv abortların qarşısının alınmasına yönəlmiş xüsusi cəza mexanizmi də mövcud deyil.

Lakin bir çox ölkələr selektiv abortların yaratdığı demoqrafik təhlükələri nəzərə alaraq bu sahədə sərt qanunlar qəbul ediblər. Çində uzun illər oğlan uşaqlarına üstünlük verilməsi səbəbindən selektiv abortlar geniş yayılmışdı. Nəticədə ölkədə ciddi gender disbalansı yarandı. Sonradan hökumət cinsiyyətə görə abortları qanunsuz elan etdi və bu sahədə nəzarəti gücləndirdi. Hindistanda da cinsiyyət seçimi cinayət hesab olunur. Qanunlara əsasən, doğuşdan əvvəl dölün cinsiyyətinin müəyyənləşdirilməsi və bu məlumat əsasında abort həyata keçirilməsi qadağandır. Kosovo, Nepal və Vyetnam da selektiv abortlara qarşı hüquqi məhdudiyyətlər tətbiq edən ölkələr sırasındadır. Böyük Britaniyada isə gender əsaslı abortlar qanunsuz hesab edilir. Burada dövlət siyasəti qadın və kişi bərabərliyinin qorunmasına əsaslanır və cinsiyyətə görə ayrı-seçkilik hüquqi baxımdan qəbuledilməz sayılır.

Son illər Azərbaycanda abortların sayının artmasının əsas səbəblərindən biri kimi iqtisadi amillər göstərilir.

Sosioloqlar və iqtisadçılar hesab edirlər ki, ailələrin gələcək planlarına təsir edən ən vacib məsələlərdən biri məhz maddi vəziyyətdir.Yaşayış xərclərinin artması, ərzaq qiymətlərinin bahalaşması, mənzil probleminin həll olunmaması, ipoteka imkanlarının məhdudluğu, uşaqların təhsil və sağlamlıq xərclərinin yüksəlməsi bir çox ailələri əlavə övlad sahibi olmaq qərarından çəkindirir.

Xüsusilə gənc ailələr arasında gələcəklə bağlı qeyri-müəyyənlik hissi güclənir. Bir çox ailə övladının keyfiyyətli təhsil alması, sağlam böyüməsi və normal həyat şəraitində yaşaması üçün kifayət qədər imkanlarının olmadığını düşünür.

Bu səbəbdən bəzi ailələr hamiləliyi davam etdirmək əvəzinə abort qərarı verir. Buna görə də problemin kökündə duran sosial, iqtisadi və psixoloji amillər də aradan qaldırılmalıdır. İlk növbədə reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində maarifləndirmə tədbirləri genişləndirilməlidir. Gənclər arasında sağlam ailə münasibətləri, məsuliyyətli valideynlik və reproduktiv hüquqlarla bağlı biliklər artırılmalıdır.

Selektiv abortlarla mübarizə məqsədilə qız uşaqlarına qarşı mövcud stereotiplərin aradan qaldırılması istiqamətində ictimai kampaniyalar aparılmalı, gender bərabərliyi təşviq edilməlidir.

Bununla yanaşı, gənc ailələr üçün sosial dəstək mexanizmlərinin genişləndirilməsi, mənzil təminatı proqramlarının artırılması, uşaq müavinətlərinin tətbiqi və ailələrin iqtisadi yükünün azaldılması da vacib hesab olunur. /musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 May 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri