Ölkədə bu əməliyyatları etməyə İCAZƏSİ olan 45 nəfər həkim var NAZİR
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Hazırda Azərbaycan Respublikasında plastik və estetik əməliyyatları etməyə icazəsi olan 45 nəfər həkim var.
Bakupost.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, onların siyahısı açıq şəkildə dərc olunub.
"Onların sayı ilbəil artacaq. Ona görə ki, rezidenturanı bitirən həkimlərimiz var, xaricdə təhsil alıb qayıdanlar var.
Azərbaycanda məhz plastik, estetik və rekonstruktiv cərrahiyə üzrə iki mərkəz yaradılıb. Biri akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində xüsusi şöbə yaradılıb. Orada həmin şöbə kadrlarla və ən müasir avadanlıqlarla tam təmin olunub.
Digəri isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kliniki bazası olan Plastik və Rekonstruktiv cərrahiyə klinikasıdır. Ora əsaslı təmir olunub, yaxın günlərdə açılışı olacaq", - o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 26 Fevral 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















