Ölkədə cinayət törədənlərin yarısı işləməyən və oxumayanlardır
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəsmi statistikaya əsasən, Azərbaycanda 2024-cü ildə cinayət törətmiş şəxslərin 55.6 faizi əmək qabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslərdir.
AzPost APA -ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda bildirilib. Qeyd olunub ki, 2023-cü ildə əmək qabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslər cinayət törətmiş şəxslərin 56.8 faizini, 2022-ci ildə isə 60.4 faizini təşkil edib.
Bu baxımdan, məhkumların islah edilməsi vasitələrindən olan peşə təhsilinin gücləndirilməsi və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin, eyni zamanda onların məşğulluğunun genişləndirilməsi qarşıda duran vəzifələrdəndir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 25 İyun 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















