Icma.az
close
up
RU
Ölkədə əfvetmə və amnistiya haqqında qanun qəbul olunmalıdır

Ölkədə əfvetmə və amnistiya haqqında qanun qəbul olunmalıdır

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

AzPost müsahibəni təqdim edir:

– Qüdrət bəy, Rusiya Federasiyasına 30 iyundan sonra Rusiyanın müvafiq dövlət orqanlarından 3 gün öncədən icazə kodu almadan getmək yasaq olunacaq. Azərbaycanın cavabı necə olmalıdır?

– Rusiya bir tərəfdən özünü keçmiş sovet respublikalarının daha sıx inteqrasiya olunması tərəfdarı kimi təqdim edir, digər tərəfdən pisixoloji diskomfort və etimadsızlıq yaradan bu cür mənasız qərarlar qəbul edir. Diplomatik kanallarla çalışmalıyıq ki, Rusiya bu addımdan çəkinsin. Amma heç bir halda qarşılıqlı olaraq biz də Rusiya vətəndaşları üçün eyni məhdudiyyəti tətbiq etməməliyik. Çünki bir tikə çörək dalınca Rusiyaya gedən çoxsaylı Azərbaycan vətəndaşı həmin ölkənin vətəndaşlığını qəbul etməyə məcbur olub. Azərbaycan bütün azərbaycanlıların vətənidir, xüsusilə Azərbaycanda doğulmuş şəxslərin özləri və onların nəvə-nəticələri üçün. Belələri vətəndaşlıq üçün müraciət edərsə onların bu xahişi dərhal yerinə yetirilməlidir. Biz ƏHD partiyası olaraq həmişə, həm də cənubi azərbaycanlıların öz vətənlərinə, Azərbaycan Respublikasına sərbəst gəlib-getmələri üçün İranla viza rejiminin aradan qaldırılması təşəbbüsü ilə çıxış etmişik. Dünyanın harasında yaşamalarından asılı olmayaraq biz öz soydaşlarımıza sahib çıxmalıyıq.

– Qüdrət bəy, Prezident ADA-da görüş zamanı çevriliş cəhdlərindən danışdı. Azərbaycanda kimsə belə bir cəsarət nümayiş etdirə bilərmi?

– Müstəqillik əldə edəndən sonra ölkəmizdə zaman-zaman belə cəhdlər olub, hətta baş tutanı da. Hazırda vəziyyət dəyişib. Dövlətimiz oturuşub. Xalqın həm islahatlarla bağlı Prezidentdən böyük gözləntiləri, həm də ona böyük dəstəyi var.
İkinci mühüm faktor ölkədə güclü daxili işlər nazirinin olmasıdır. Vilayət Eyvazovu uşaqlıq illərindən tanıyıram, onun xarakterinə bələdəm və Prezidentə nə qədər sadiq olduğunu da bilirəm. Nə qədər ki, o nazirdir, ölkədə sabitlik qorunacaq və ağlı başında olan kimsə antikonstitusion yolla hakimiyyət dəyişikliyi barədə düşünməməlidir. Baş tutmuş Gəncə qiyamından sonra rəhmətlik eks prezident Elçibəy deyirdi ki, mənim Ramil Usubov kimi nazirim olsaydı heç kim ölkədə dövlət çevrilişi həyata keçirə bilməzdi. Bu barədə əvvəllər danışmışam.
Üçüncüsü isə, xalqımız, siyasi partiyalar, ictimai fəal kəsim çevrilişlərin insanlara yaxşı heç nə vəd etmədiyini, hansı fəlakətlərə və məhrumiyyətlərə yol açdığını da öz üzərində sınayıb.
Dördüncü mühüm faktor isə regionda marağı və siyasi proseslərə təsir imkanları olan böyük ölkələrin Azərbaycanda sabitlikdə maraqlı olmasıdır. Başqa çoxsaylı faktorlar da var, əsasları bunlardır.
Ona görə çevriliş fikrinə düşənlər yalnız kimlərisə pul qarşılığında bədbəxt edirlər, bundan artıq heç nəyə nail ola bilməzlər.

– Qüdrət bəy, Əfv komissiyasının iclasları onlayn qaydada keçirilir, niyə? Siz siyasi motivlərlə həbs olunduğu iddia olunan şəxslərin də əfv olunmasını mümkün sayırsınızmı?

– İclaslar yəqin ki, karantin rejiminə görə onlayn qaydada keçirilir. Təəssüf ki, karantin rejiminin anlayışı, karantin rejimi zamanı hüquq və azadlıqların məhdudlaşdırılmasının çərçivəsi və müddəti barədə də qanunvericilik bazası yoxdur.
Bildiyimə görə, Komissiyanın iclaslarında sədr Samir Nuriyev tərəfindən hər kəsə müzakirə olunan məhkumla bağlı öz fikirlərini ifadə etməyə imkan yaradılır. Əsas budur. Əfvetmə haqqında əsasnamədə iclasın necə keçirilməsinə dair düzünə göstəriş yoxdur. Ona görə insanlar özlərini necə rahat hiss edirlərsə qoy iclaslar da o qaydada keçirilsin. Pandemiyadan sonra biz Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik etdik. İndi Milli Məclisin sədri karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi və səsvermənin gücləndirilmiş elektron imzalar vasitəsilə tətbiqi yolu ilə iclasların keçirilməsi barədə qərar qəbul edə bilər. Buna baxmayaraq biz eyni statuslu şəxslər olaraq toplanırıq, bir-birimizin yanında özümüzü rahat hiss edirik, qeyri – rəsmi təmaslardan çəkinmirik, bir-birimizi dinləyirik. Bu həm dövlət işləri, həm də insani münasibətlər baxımından çox önəmlidir. Görünür həm də deputatların bir-brini yoluxdurması da dövlətçiliyimizə təhlükə yaratmır (gülür). Yeri gəlmişkən, Prezident də kollektiv tədbirlərdə iştirak edir.
Sualınızın ikinci hissəsi ilə əlaqədar onu deyə bilərəm ki, Prezident əvvələr siyasi motivlərlə tutulduğu iddia olunan çoxlu sayda məhbusları əfv edib. İndi də mümkündür. Əgər şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərləri barədə belə bir qərar qəbul olunsa biz bunu alqışlayardıq. Çünki onların çoxu artıq xeyli müddətdir ki, məhbəs həyatı yaşayır və inanıram mütləq əksəriyyəti azad olunarsa düzgün yol seçəcək. Bu, humanist bir addım olmaqla yanaşı iqtidarın da, ölkəmizin də maraqlarına uyğun olardı.
Sonda onu da qeyd edim ki, ölkəmizdə əfvetmə və amnistiya haqqında qanun qəbul olunmalıdır. Konstitusiyaya görə ədalət mühakiməsini məhkəmələr həyata keçirir və qanunvericiliyə görə məhkum olunmuş şəxsləri məhkəmələr vaxtından əvvəl cəzadan azad edə, yaxud cəzanı yüngülləşdirə bilər. Əfvetmə və amnistiya hüququndan dövlət mənafeləri naminə müstəsna hallarda istifadə olunmalıdır.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri