Ölkədə ərzaq bahalaşmasının səbəbi bəlli OLDU KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Hazırda ərzaq inflyasiyası 6,5% səviyyəsində olsa da, bunun böyük hissəsi xarici və təklif yönümlü təsirlərdən qaynaqlanır”.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, inflyasiyanın strukturunda tələb amillərinin payı cəmi 20-30% təşkil edir:
“Bu səbəbdən faiz dərəcələrinin kəskin artırılması iqtisadi aktivliyə mənfi təsir göstərə bilər. İstehlak azalacaq və bu da iqtisadiyyata dəstəyin zəifləməsi deməkdir”.
T.Kazımov vurğulayıb ki, Mərkəzi Bank idxal olunan inflyasiyanın qarşısını almaq üçün sabit məzənnə rejimindən istifadə edir və bu alət indiyədək effektiv nəticə verib.
“Mövcud şəraitdə tələb amillərinin süni şəkildə sıxılması məqsədəuyğun deyil və inflyasiya gözləntiləri diqqətlə izlənilir”.
Baxış sayı:178
Bu xəbər 06 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















