Icma.az
close
up
RU
Ölkədə film parklar inşa edilməlidir Deputat

Ölkədə film parklar inşa edilməlidir Deputat

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Diqqətdən qaçırmamalıyıq ki, kino hələ də ciddi təbliğat vasitəsi kimi öz əhəmiyyətini qoruyur. Burda təkcə qardaş Türkiyə təcrübəsinə nəzər yetirmək bəs edir ki, məsələnin nə dərəcədə vacib olduğunu anlayasan. Mən mübaliğəsiz deyərdim ki, son on ildə məhz, istehsal olunan filmlər vasitəsilə Türkiyənin tarixi yenidən yazıldı. 

Ölkə az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə parlamentdə büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, minlərlə yeni nəşrlər işıq üzü gördü: "Tarixi film və seriallar sayəsində xalq öz milli köklərinə daha dərindən bağlandı. Bu filmlər həm də qardaş ölkəninin mədəniyyətini dünyaya tanıtdı. Üstəgəl effektiv bir sənayeyə çevrilərək on minlərlə yeni iş yerinin açılmasını şərtləndirdi. Gəlirli bir sahəyə çevrildi. Bir kinonun çəkilməsi və post-prodakşn prosesi təqribən, 200 nəfərin məşğulluğu deməkdir. Odur ki, bizdə də bu yanaşmaya ciddi ehtiyac var. Xüsusilə Zəfərdən sonra yeni mərhələyə qədəm qoyan güclü, müstəqil Azərbaycanda bu daha aktualdır".

Deputat hesab edir ki, qarşıdakı 2026-2027-ci illərdə Azərbaycan dövlətçiliyi, tarixi və mədəniyyətinin təbliği məqsədilə müxtəlif mövzularda ən azı 10-a yaxın film layihəsi reallaşmalıdır: "Sözsüz ki, burda investisiyaların cəlbi, özəl sektorun inkişafı, ümumilikdə kinoindustriyanın formalaşması da əsas prioritet olmalıdır. Ancaq dövlət dəstəyi də qaçılmazdır. Biz Mədəniyyət komitəsi olaraq bu məsələdə ciddi prinsipiallıq göstərməliyik və həmkarlarımdan xahiş edirəm ki, məsələyə biganə qalmayaq. 

Məndə olan rəsmi məlumata görə 2023-2025-ci illər ərzində dövlət sifarişi ilə ölkədə 71 film layihəsinin istehsalına başlanılıb, bu günədək 41 film tamamlanaraq təhvil verilib, 30 film isə istehsalat mərhələsindədir. Bu indiki reallıqda normal göstərici sayıla bilər. Mən kinoteatrlarda Tağıyevlə bağlı filmlərin afişasını görürəm, milli tariximiz, dəyərlərimizlə bağlı belə filmlərə üstünlük verilməlidir. Heç şübhəsiz ki, filmlərin istehsalında yüksək peşəkarlığın tələb olunması əsas şərtdir. Ancaq unutmayaq ki, keyfiyyət də birbaşa maliyyə təminatına bağlı olan məsələdir. 
Bir də ölkə ərazisində istehsal olunan tammetrajlı filmlərin sayı Azərbaycanın qlobal innovasiya indeksinə birbaşa təsir edən amillərdən biridir.

Mən iclasdan öncə bəzi rəqəmləri dəqiqləşdirdim. 2023-2025-ci illər ərzində, yəni son iki ildə ölkədə sənaye sahəsi kimi film istehsalının fəallaşması nəticəsində təxminən 1570 iş yeri açılıb. İşçi qüvvəsinin böyük hissəsini yaradıcı, texniki və inzibati heyət təşkil edir. 2026-cı ildə proqnozlaşdırılan film layihələrinin istehsalının baş tutması bu rəqəmi daha da artıra bilər. Digər tərəfdən tərcübə artır. Yeni texnologiyalar tətbiq olunur, əlavə xidmət sahələri yaranır, kadr potensialı güclənir. İndi süni intellekt bu sahədə də aparıcı rol oynayır. Təkcə çəkilişə, istehsalata yox, təlimlərə də geniş yer verilməlidir. Kino sektoruna yeni innovativ texnologiyaların gətirilməsi üçün xüsusi yol xəritəsi hazırlanmalıdır. Ölkədə film parklar inşa edilməlidir. Xüsusilə tarixi filmlər pavilyonuna ciddi ehtiyac var. Misal üçün, Əsgəran, Şahbulaq ərazisində belə parklar effektiv ola bilər. Bu həm də turizmin inkişafına ciddi töfhə verə bilər. Bu sahədə xaricdə təhsil proqramı gücləndirilməlidir. Müxtəlif stimullaşdırıcı müsabiqələrə ehtiyac var. Ssenari müsabiqələrinə zərurət böyükdür. Yeni ssenari labarotoriyaları fəaliyyət göstərilməli, bəlli bir məktəb formalaşmalıdır. Hansı ki, sovet dönəmində bu məktəb pis-yaxşı var idi. Kino sənayesinə yeni, kreativ yanaşmalar tətbiq olunmalıdır. Çünki dünayada rəqabət çox böyükdür. Ölkəmizdə kino sahəsində onlayn platformalara ehtiyac var. Amma bütün bu sadaladıqlarımın həyata keçirilməsi ciddi səy, fədakarlıq tələb edir. Həm də maliyyə dəstəyi".

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Noyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri