Icma.az
close
up
RU
Ölkədə ilk dəfə “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi

Ölkədə ilk dəfə “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bank sektorunda növbəti bir ilkə imza ataraq POS nağdlaşdırma adlı yeni funksiyanı istifadəyə verib. Bu funksiya vasitəsilə AZN valyutasında istənilən bankın debit kartı ilə “PAŞA Bank”ın POS terminallarından nağdlaşdırma etmək mümkün olacaq.

Yeni funksiya korporativ, kiçik və orta biznes müəssisələrinə POS-terminallar vasitəsilə müştərilərinə əlavə xidmət təqdim etmək imkanı yaradır. Bu isə sahibkarlara dövriyyələrini artırmağa, inkassasiya xərclərini azaltmağa və müştərilər üçün daha rahat ödəniş təcrübəsi formalaşdırmağa şərait yaradır. Nağdlaşdırma əməliyyatı üzrə sahibkardan heç bir komissiya tutulmur.

POS nağdlaşdırma xidməti çərçivəsində müştəri nağdlaşdırmaq istədiyi məbləği kassirə bildirir, kart POS-terminala daxil edilir və PIN-kod təsdiqləndikdən sonra vəsait nağd formada təqdim olunur. Hazırda xidmət ölkə üzrə “Rahat” marketlər şəbəkəsində mövcuddur və yaxın dövrdə digər satış nöqtələrində də aktivləşdirilməsi nəzərdə tutulur.

Yeni funksiya haqqında daha ətraflı məlumat almaq üçün pos.pashabank.az saytına keçid edin.

Bankın korporativ, kiçik və orta biznes seqmentinə aid müştəriləri xidmətdən istifadə etmək üçün *8123 qısa nömrəsinə və ya [email protected] elektron poçt ünvanına müraciət edərək “PAŞA Bank” POS-terminallarında bu funksiyanı aktivləşdirə bilərlər.

Qeyd edək ki, “PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib. Bank eyni zamanda “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://marja.az
archiveBu xəbər 30 Dekabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri