Ölkədə internet problemi: Delta Telekom a genişmiqyaslı kiberhücum olub
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.
Reyting.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
Ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib. Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.
Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.

Ölkədə internet problemi: Delta Telekom a genişmiqyaslı kiberhücum olub
21 Avqust 2025 17:01
Delta Telekom a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib
21 Avqust 2025 16:56
Delta Telekom a hücum Rusiyadan ola bilərmi?
21 Avqust 2025 18:20
Delta Telekom a hücum Rusiyadan həyata keçirilib?
21 Avqust 2025 23:32
Delta Telekom Ltd cərimə oluna bilər
06 Fevral 2025 22:30

