Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda dekabrın 25-i saat 9:00-a olan məlumata əsasən hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan, Şəmkir, Qobustan, Quba, Xaltan, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Tərtər, Sumqayıt, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
25 Noyabr 2024 10:33
