Ölkədə problemli kreditlərin həcmi artıb
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artıb.
“Qafqazinfo” Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi məlumata istinadən xəbər verir ki, milli valyuta ekvivalentində 30257,9 milyon manat təşkil edib.
Ümumi kredit portfelinin 25413,3 milyon manatı və ya 84,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,7 faiz artaraq 529,4 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.
Baxış sayı:101
Bu xəbər 13 Sentyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















