Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Tikinti sektorunda yeni dələduzluq (Video)

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5 ci və 16 cı yeri tutublar

Ölkədə siqaretə QADAĞA qoyula bilər DETALLAR

Ölkədə siqaretə QADAĞA qoyula bilər DETALLAR

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Türkiyədə tütünə qarşı tarixi qadağa gündəmdədir. Məlumata görə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən hazırlanmış yeni qanun layihəsi ölkədə tütün istifadəsinin mərhələli şəkildə aradan qaldırılmasını, 2040-cı ilə qədər isə tam imtinanı nəzərdə tutur.

Bəs Türkiyədə tütün məhsullarının tam qadağan edilməsi planı nə dərəcədə real və iqtisadi baxımdan dayanıqlı görünür? Azərbaycanda da belə bir qərar ola bilərmi?

İqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, tütün məmulatları və spirtli içkilərin qadağan edilməsi ilə davamlı nəticə əldə etmək mümkün deyil. Onun sözlərinə görə, tarixi və iqtisadi təcrübə göstərir ki, belə sərt inzibati qadağalar əksər hallarda gözlənilən effekti vermir, əksinə, əlavə problemlər yaradı:

“Əgər bu məhsulların satışı tam şəkildə qadağan olunarsa, bu, avtomatik olaraq qeyri-rəsmi dövriyyənin – yəni “qara bazar”ın formalaşmasına gətirib çıxaracaq. Nəticədə nəzarətsiz, keyfiyyətsiz və daha təhlükəli məhsulların yayılması riski artacaq ki, bu da ictimai sağlamlıq baxımından daha ciddi fəsadlara səbəb ola bilər. Türkiyədə tütünlə bağlı tətbiq olunması müzakirə edilən sərt qadağa modelinin Azərbaycanda tətbiqinə ehtiyac yoxdur. Bu yanaşma həm iqtisadi, həm də sosial baxımdan arzuolunan nəticələri verməyə bilər. Əksinə, daha balanslı və mərhələli addımların atılması məqsədəuyğundur. Məsələn, tütün məhsullarına tətbiq olunan aksiz vergilərinin müəyyən qədər artırılması mümkündür və bu, daha effektiv alət hesab oluna bilər. Çünki tütün sosial zəruri məhsul kateqoriyasına daxil deyil və onun istehlakının azaldılması fiskal alətlər vasitəsilə də tənzimlənə bilər”.

Onun fikrincə, müxtəlif ölkələrdə bu cür qadağalar tətbiq olunsa da, əksər hallarda uğursuzluqla nəticələnib: “Klassik nümunə kimi ABŞ-da qəbul edilən və tarixə “quru qanun” kimi düşən siyasəti göstərmək olar. 1920-ci illərin əvvəllərində qüvvəyə minən bu qanun spirtli içkilərin istehsalını və satışını qadağan etsə də, nəticə etibarilə ölkədə genişmiqyaslı qanunsuz ticarət şəbəkələri formalaşdı, mütəşəkkil cinayətkarlıq gücləndi və dövlət nəzarəti faktiki olaraq zəiflədi. Nəticədə bu siyasətin səmərəsiz olduğu qəbul edildi və bir neçə il sonra qanun ləğv olundu”.

İqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, belə bir qadağanın tətbiqi, əslində, uzunmüddətli perspektiv baxımından müəyyən qədər real görünə bilər:

“Çünki qısa müddət ərzində tam qadağanın tətbiqi mümkün və effektiv sayılmır. 2040-cı ilə qədər olan dövr yaxın zaman kəsiyi hesab olunmasa da, bütün hallarda həmin tarixə qədər atılmalı olan vacib və sistemli addımlar var. Bu prosesin düzgün planlaşdırılması və mərhələli şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırkı vəziyyətə nəzər salsaq, Türkiyədə tütün və tütün məhsullarından əldə olunan gəlirlərin dövlət büdcəsində kifayət qədər böyük paya malik olduğunu görərik. Bu daxilolmalar dövlət maliyyəsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də birdən-birə tətbiq olunan sərt qadağalar bu sahədə ciddi boşluqlar yarada bilər ki, bu da iqtisadi risklərin artması ilə nəticələnə bilər”.

İqtisadçının fikrincə, əgər belə bir qadağa dərhal tətbiq olunarsa, bu, kölgə iqtisadiyyatının genişlənməsinə gətirib çıxara bilər: “Yəni tütün məhsullarının istehsalı və satışı gizli şəkildə davam edəcək, bu isə proseslərə nəzarəti xeyli çətinləşdirəcək və qanunsuz dövriyyənin artmasına səbəb olacaq. Bu baxımdan prosesi mərhələli şəkildə sərtləşdirmə metoduna yönəltmək daha effektiv yanaşma ola bilər. Qadağaların birdən-birə deyil, tədricən genişləndirilməsi daha məqsədəuyğundur. Məsələn, ictimai yerlərdə, qapalı məkanlarda, daha sonra isə açıq ərazilərin müəyyən hissələrində siqaret istifadəsinin məhdudlaşdırılması kimi addımlar mərhələli şəkildə tətbiq oluna bilər. Bu cür yanaşma həm cəmiyyətin adaptasiyasını asanlaşdırar, həm də gözlənilən nəticələrin daha davamlı olmasına şərait yaradar. Ümumilikdə, 2040-cı ilə qədər bu proses planlı və ardıcıl şəkildə aparılarsa, real və müsbət nəticələrin əldə olunması mümkündür. Nəzərə almaq lazımdır ki, Türkiyədə siqaret istifadəçilərinin sayı Azərbaycanla müqayisədə daha çoxdur. Xüsusilə də həmin coğrafiyada qadınlar arasında siqaretə meyilliliyin artım dinamikası daha qabarıq şəkildə müşahidə olunur. Doğrudur, Azərbaycanda da bu tendensiya müəyyən dərəcədə mövcuddur, lakin miqyas baxımından Türkiyə ilə müqayisə ediləcək səviyyədə deyil.

Azərbaycana gəldikdə, ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlar və ümumi müşahidələrə əsasən, tütün və tütün məhsullarından istifadə edənlərin sayında, xüsusilə də kişilər arasında ciddi azalma müşahidə olunur:

“Bəziləri bu fikirlə razılaşmaya bilər, lakin son 10-15 ilin müqayisəli təhlili göstərir ki, bugünkü gənclər arasında siqaret istifadəsi əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Bu istiqamətdə əlavə dəstəkləyici addımlar atılarsa, məsələn, ictimai yerlərdə siqaret istifadəsinə qoyulan məhdudiyyətlərin daha da genişləndirilməsi kimi tədbirlər görülərsə, bu azalma tendensiyası daha da güclənə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Aprel 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5 ci və 16 cı yeri tutublar

28 Sentyabr 2026 05:40see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri