Icma.az
close
up
RU
Ölkədə sosial siyasət uğurla davam etdirilir

Ölkədə sosial siyasət uğurla davam etdirilir

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkədə uğurlu sosial siyasət, islahatlar proqramı sosial inkişafın davamlı xarakter almasına, vətəndaş rifahının təminatı sahəsində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deputat Nigar Məmmədova bildirib.

O qeyd edib ki, dövlətin reallaşdırdığı bütün sosial layihələr vətəndaşlarımızın rifahının yaxşılaşmasına xidmət edir. Ən mürəkkəb vəziyyətdə belə heç bir sosial layihə və proqramın icrası təxirə düşmür. Çünki vətəndaşın marağının təmin olunması ali rəhbərliyin qarşıya qoyduğu əsas vəzifə və prioritetdir. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır:              

"Sosial siyasət komitəsinin cari ilin müvafiq dövrü üzrə hesabatından da aydın olur ki, bu müddətdə komitənin işi effektiv olub. Qəbul olunan qanun layihələrinin hər biri xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Belə ki, uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlərin verilməsini, həmçinin inzibati proseslərin sadələşdirilməsini nəzərdə tutan Ailə Məcəlləsi və daha 7 qanun layihəsinə təklif edilən  dəyişiklikləri, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi,  onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsini özündə ehtiva edən "Sosial sığorta haqqında" Qanunda və  Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklikləri,  normativ hüquqi aktlar arasında ziddiyyətlərin qarşısını almaq üçün “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun və Əmək Məcəlləsinə uyğun olaraq “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanuna, “Əmək pensiyaları haqqında”, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, həmçinin “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna edilən dəyişiklikləri xüsusi qeyd etmək istərdim. Əminliklə söyləyə bilərik ki, hesabat dövründə təqdim olunan qanun layihələri ölkədə sosial siyasətin uğurla davam etdirilməsinə xidmət edib". 
Komitə qarşıdakı sessiyada da işini eyni templə davam etdirəcək deyə sonda N. Məmmədova bildirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri