Ölkələr qaranlığa qərq oldu: Metrolar boşaldıldı...
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
Naməlum səbəbdən elektrik enerjisinin kəsilməsi İspaniya və Portuqaliyanın əksər hissəsində xaosa səbəb olub.
News24.az xəbər verir ki, hər iki ölkədə enerji şirkətləri elektrik enerjisinin axını bərpa etmək üçün səfərbər olub.
Elektrik enerjisinin kəsilməsi metroların boşaldılmasına və böyük şəhərlərdə nəqliyyatın sıxlığına səbəb olub. Svetoforlar işləmədiyi üçün küçələrdə maşın növbələri yaranıb.
Fransanın Andorra və İspaniya ilə həmsərhəd bölgələrindəki vətəndaşlar da elektrik kəsilməsindən təsirləndiklərini bildiriblər. Ən son məlumatlara görə, Belçikaya qədər əlavə fasilələr qeydə alınıb.
Qeyd edək ki, hökumət müxtəlif nazirliklərin müxtəlif texniki qrupları ilə təchizat çatışmazlığını araşdırır.
Eyni zamanda, Milli Kibertəhlükəsizlik İnstitutu (INCIBE) də kəsilmənin kiberhücum olması ehtimalını araşdırır. Hələ bir nəticəyə gəlməyiblər.
Günel Məlikzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















