Icma.az
close
up
RU
“Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu həmrəylik nümayiş etdirirlər”

“Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu həmrəylik nümayiş etdirirlər”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bu gün xanım Brnabiç Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan-Serbiya əlaqələrinə dair söhbət apardıq. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə əməkdaşlığımız gündən-günə genişlənir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisdə Serbiya Milli Assambleyasının Sədri xanım Ana Brnabiçlə birgə brifinqdə deyib. 

“Dövlət başçılarımızın qarşılıqlı səfərləri, dostluq münasibərtləri iki tərəfli və çoxtərəfli əlaqələrdə xüsusi rola malikdir. Bu gün ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu həmrəylik nümayiş etdirirlər. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələrdə parlamentlərarası münasibətlər çox yüksək səviyyədədir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Nümayəndə heyətlərimiz daim təmasda olur və bir-birini daim dəstəkləyir. Hesab edirəm ki, biz bütün imkanlardan faydalanaraq əlaqələrin daha da genişləndirilməsinə nail olacağıq”, - spiker bildirib. 

Serbiya Milli Assambleyasının Sədri xanım Ana Brnabiç Milli Məclis sədri Sahibə Qafarova ilə birgə brifinqdə bildirib ki,  bizim ikitərəfli əlaqələrimiz örnək təşkil edir:

“Prezidentlərimizin təşəbbüsü ilə ikitərəfli münasibətlərimizi genişləndirdik. Sahibə Qafarova ilə ötən il Cenevrədə görüşmüşdük. Bu zaman parlamentlərarası əlaqələrlə bağlı Anlaşma Memorandumu imzalanmışdı. Biz Prezident İlham Əliyevin Serbiyaya səfərləri ilə bağlı şərəf hissi duymuşduq. 

İqtisadi əməkdaşlığa gəldikdə isə son 5 ildə iqtisadi münasibətlərimiz 20 milyon dollardan 560 milyon dollara çatıb. Amma bu bizim real potensialımızdan çox-çox aşağıdır. Hökümətlərimiz bu əlaqələrin genişlənməsində çox maraqlıdır. Ticarət dövriyyəmizi artırmaqda qərarlıyıq. Biz enerji sahəsində münasibətlərin genişlənməsinə böyük töhfə veririk. Azərbaycan qazını Bolqarıstana ötürə biləcəyik, danışıqlarımızı davam etdiririk və yeni qaz sazişini imzalamağı arzulayırıq. 

Təhsil sahəsində də ilk dəfə olaraq Azərbaycandan gələn tələbələr bizim təaqüdlərimizlə Serbiyada təhsil alırlar. Eyni şəkildə də Serbiyadan Azərbaycana gələn tələbələr də Azərbaycan təqaüdü ilə təhsil alırlar”.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri