Icma.az
close
up
RU
Ölkələrimiz bir birinə daha yaxın olacaq

Ölkələrimiz bir birinə daha yaxın olacaq

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycanla Almaniya arasında iqtisadi sahədə əməkdaşlığın yüksək səviyyədə olması səfər çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatda xüsusi qeyd edildi. Cənab İlham Əliyev bildirdi ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi ruhlandırır.

Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində. Almaniya şirkətlərinin çox böyük təcrübəsi var. Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir: “Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır”.
Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında ikinci yeri tutur. Azərbaycan artıq Cənub Qaz Dəhlizi çərçivəsində Avropaya mühüm təbii qaz tədarükçüsüdür. Son illər Prezident İlham Əliyev beynəlxalq əlaqələrin, o cümlədən Almaniya ilə sıx əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin Berlinə səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Hər bir səfər çərçivəsində keçirilən görüşlərdə gündəmə gətirilən məsələlər, müəyyənləşdirilən hədəflər, imzalanan sənədlər münasibətlərdə yeni səhifənin başlanmasında əsasdır.
Onu da qeyd edək ki, Azərbaycan Mərkəzi Asiya və Qafqaz vasitəsilə Çin və Avropanı birləşdirən Orta Dəhliz marşrutunun inkişafında əsas rol oynayır. Almaniya da öz logistik imkanlarını bu marşrutla inteqrasiya etməkdə maraqlıdır. Beləliklə, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaranır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bununla bağlı fikirlərini belə ifadə etdi ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər: “Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq”.
Dövlət başçısı İlham Əliyev sözügedən səfərin iki ölkə arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcəyini bildirdi: “Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.

Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri