Ölkələrin süni intellektdən istifadə reytinqi müəyyənləşib
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
2025-ci ilin ikinci yarısında dünyada əmək qabiliyyətli əhalinin 16,1 faizi süni intellektdən istifadə edib. Bu göstərici ölkələr üzrə kəskin fərqlənir.
Reyting.az xəbər verir ki, yeni hesabata görə, qlobal şimal coğrafiyasında süni intellektin tətbiqi orta hesabla 24,7 faiz, cənubda isə təxminən 14,1 faizdir.
"Microsoft" şirkətinin analitikləri tərəfindən 2025-ci il üzrə hazırlanmış yeni hesabatda qeyd olunur ki, 147 ölkə arasında Birləşmiş Ərəb Əmirlikləri 64 faiz göstərici ilə dünya lideridir.
Siyahıda ikinci yer 60,9 faiz göstərici ilə Sinqapura məxsusdur.
Avropada ön sırada yer almış Norveç 46,4 faizlə birincidir.
Avropada ikinci yerdə 44,6 faizlə İrlandiya, üçüncü yerdə isə Fransadır (44,0%).
Qəribə olsa da, Amerika Birləşmiş Ştatlarının əhalisi süni intellektdən istifadədə elə də fəal deyillər. Onlar bu siyahıda 28,3 faizlə 24-cü yerdə qərar tutublar.
Hesabata görə, ən aşağı göstərici Kambocada qeydə alınıb - 5,1 faiz.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 Yanvar 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















