Icma.az
close
up
RU
Ölkəmiz 4 milyon ton Qazaxıstan nefti nəql edib

Ölkəmiz 4 milyon ton Qazaxıstan nefti nəql edib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Martın 12-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından yola salınan Qazaxıstan neftinin 427-ci partiyası bir gün sonra “Azərtrans” Səngəçal terminalına çatıb. Bununla da, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “KazMunayQaz” şirkəti Qazaxıstan neftinin ölkəmizin ərazisi ilə daşınması layihəsi çərçivəsində tranzit həcmini 4 milyon tona çatdırıblar. İndiyədək tranzit edilən xam neftin 3,8 milyon tonu “Tengiz”, 200 min tonu isə “Kaşağan” yatağının payına düşür.

Qazaxıstan neftinin Azərbaycan üzərindən reallaşdırılan tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 milyon 85 min 729,243 tonu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyətinin tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib. Həmin həcmin 1 milyon 962 min 983,243 tonu “Tengiz”, 122 min 746 tonu isə “Kaşağan” yatağından olan neftin payına düşür.

“Tengiz” neftinin ilk partiyası 2023-cü il martın 23-də, “Kaşağan” neftinin ilk partiyası isə 2025-ci il yanvarın 27-də Aktaudan Bakıya çatdırılıb. Qeyd edək ki, Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan isə dünya bazarlarına göndərilir. Layihədə Azərbaycan tərəfini Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC təmsil edir.

Xatırladaq ki, 2022-ci ilin noyabrında SOCAR və “KazMunayQaz” Aktau–Ceyhan marşrutu üzrə BTC vasitəsilə ildə 1,5 milyon ton “Tengiz” neftinin tranziti ilə bağlı Çərçivə Sazişi imzalayıblar. 2024-cü ilin mart ayında SOCAR və “KazMunayQaz” illik tranzit həcmlərinin artırılması, eləcə də Qazaxıstan neftinin alqı-satqısı üzrə Strateji Əməkdaşlıq Memorandumuna imza atıblar. Ötən il yanvarın 15-də isə iki qurum arasında “Tengiz” həcmlərinə əlavə olaraq ildə 240 min ton “Kaşağan” neftinin tranzitini nəzərdə tutan Çərçivə Sazişi imzalanıb.

Məlumat üçün bildiririk ki, BTC vasitəsilə Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir. 2006-cı ilin iyun ayında istismara verilən 1768 kilometrlik BTC kəməri ilə 2025-ci ilin sonunadək, ümumilikdə, təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilərək Ceyhan limanından 6 min 145 tankerlə dünya bazarlarına yola salınıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri