Icma.az
close
up
RU
Ölkəmiz dinamik inkişaf yolunda mühüm sosial irəliləyişlərə nail olub

Ölkəmiz dinamik inkişaf yolunda mühüm sosial irəliləyişlərə nail olub

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalqımız 2003-cü ilin 15 oktyabrında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı İlham Əliyevi yekdilliklə dəstəkləyərək Azərbaycan Prezidenti seçməsi ilə ölkəmizin dinamik və hərtərəfli inkişafına, uğur və qələbələrinə təminat yaradıb. Ötən dövrdə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində iqtisadi və hərbi gücünü sürətlə artıran və möhtəşəm tarixi zəfər zirvəsinə yüksələn Azərbaycan eyni zamanda mühüm sosial irəliləyişlərə nail olub.

“Qafqazinfo” xəbər verir ki, sosial ödənişlərin artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edir və ölkə Prezidentinin imzaladığı Fərman və Sərəncamlarla bu istiqamətdə davamlı addımların atılması təmin edilib.

2003-cü ildən ötən dövrdə minimum aylıq əməkhaqqı 44,4 dəfə artırılaraq 400 manata, minimum aylıq pensiya 16 dəfə artırılaraq 320 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 14,2 dəfə artaraq 77 manatdan 2025-ci ilin 1 sentyabr tarixinə 1093,8 manata, orta aylıq pensiya 22,6 dəfə artaraq 539 manata, yaşa görə orta aylıq pensiya 23,1 dəfə artaraq 574 manata çatıb.

Xüsusilə 2018-2025-cü illərdə Prezident İlham Əliyevin tapşırıqları əsasında 5 sosial islahat paketi icra olunub. Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7,6 mlrd. manatdır. Beləliklə, 2018-ci ildən ötən dövrdə minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, əməkhaqqı fondunda 3,2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı sosial yardlımın orta aylıq məbləğində  2,5  dəfə artım baş verib.  Pensiya ödənişlərinə ayrılan illik vəsait son 7 ildə 2 dəfə artaraq 7,2 mlrd. manatı ötüb.  Həmçinin, 10 yeni sosial ödəniş növü təsis olunub.

Son illər Azərbaycanın pensiya təminatında bir sıra humanist yanaşmalar da tətbiq edilərək, pensiya təminatına əlçatanlığın artırılması və hər kəsə yaxın sistem kimi quruıması üçün mühüm addımlar atılıb. Məsələn, 2019-cu ildən pensiya təyinatı proaktiv mexanizm üzərində qurulmaqla, 2006-2018-ci illərdə fərdi hesabında hətta ən kiçik məbləğdə vəsait qeydə alınmış şəxsə 25 illik sığorta stajı hədiyyə edilir və müraciət etməsinə ehtiyac qalmadan, elektron sistem üzərindən avtomatik olaraq  yaşa görə pensiya təyin olunur. Eyni zamanda, erkən dövrdə yaşa görə pensiya hüququ yaranan kateqoriyaların sırasının son illər əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunub.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə uğurla davam etdirilib və möhtəşəm zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra 5 dəfə genişlənib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6900, ümumilikdə ötən dövrdə 16 min mənzil verilib. Həmçinin postmüharibə dövründə 567, ümumən ötən dövrdə 7800 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.

Dövlət başçısının uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri də onun Fərmanı ilə 2019-cu ildən ölkəmizdə yaradılan DOST mərkəzləridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan və dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilərək çoxsaylı beynəlxalq mükafatlara layiq görülmüş DOST modeli 161 sosial xidmətin əhaliyə vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan yaradıb.  Artıq Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, “Smart DOST” xidmət məntəqəsi, 1 DOST məntəqəsi, 1 DOST filalı istifadəyə verilib. DOST mərkəzlərində ötən dövrdə 3,9 milyon vətəndaşa xidmət göstərilib. Bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,6 faiz  olması DOST modelinin uğurlu bir islahat nümunəsu olduğunu göstərir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkan olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə əlilliyi olan şəxslərin, şəhid ailələri və aztəminatlı ailələrin üzvlərinin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və digər həssas qrupların yaradıcı potensialının inkişafına önəmli dəstək verir. Mərkəzdə benefisiarlara rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. istiqamətləri üzrə təlimlər keçirilir, onlara sosial pedaqoji və psixoloji dəstək xidmətləri göstərilir. Ötən dövrdə Mərkəzdə və onun İsmayıllı və Bərdə rayonlarındakı filiallarında 800-dən çox şəxsə xidmət göstərilib.

Prezident İlham Əliyevin həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə diqqət və qayğısı nəticəsində ötən dövrdə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də xeyli genişlənib. Əlilliyi olan şəxslər üçün Peşə Reabilitasiya Mərkəzi, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi, günərzi və icma əsaslı sosial reabilitasiya, sosial xidmət mərkəzləri şəbəkəsi, Sumqayıt, Şəki, Şirvan, Xaçmaz Naftalan, Lənkəran, Yevlax, Qəbələ, Şəmkir və digər bölgələrdə əlilliyi olan şəxslər üçün Reabilitasiya Mərkəzləri yaradılıb.

Dövlət başçısının tapşırığına əsasən son illər sosial xidmətlərinin elektron texnologiyalar üzərində qurulması proqramı uğurla icra edilərək əmək və məşğulluq, sosial müdafiə üzrə xidmətlərin 90 faizdən çoxu artıq rəqəmsallaşdırılıb. Sosial sahələr üzrə 60 proaktiv xidmət, 30-dan çox e-arayış xidməti yaradılıb. 2019-cu ildə ölkəmizin sosial reyestri olan e-sosial.az portalı, 2022-ci ildə vahid əmək münasibətləri platforması olan və əmək münasibətlərində rəqəmsal kadr uçotuna keçidə imkan verən "Əmək və Məşğulluq" altsistemi işə salınıb. Təkcə 2024-cü ildə əmək və məşğulluq, sosial müdafiə üzrə e-sistemlər üzərindən sorğu, müraciət və xidmət sayı 663 milyon olub.

Son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, o cümlədən DOST konsepsiyası və rəqəmsal xidmətlər 240-dan çox beynəlxalq mükafat və sertifikata layiq görülüb.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı Azərbaycana qarşıdakı dövrdə də böyük tarixi uğurlar, möhtəşəm qələbələr, eyni zamanda vətəndaş rifahının təminatı sahəsində yeni sosial nailiyyətlər qazandıracaq.









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri