Icma.az
close
up
RU
Ölkəmizdə beləsi olmamışdı Tarix verildi, bu rayonlara işarə edildi

Ölkəmizdə beləsi olmamışdı Tarix verildi, bu rayonlara işarə edildi

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda havadan su əldə ediləcəyi ilə bağlı xəbər ictimaiyyətdə maraqla qarşılanıb. Bunun faydalı olacağını düşünənlərlə yanaşı, müəyyən ekoloji problemlərə yol açacağını deyənlər də var.

Qeyd edək ki, 2025-2027-ci illərdə ölkədə havadan suyun əldə edilməsi texnologiyası üzrə tədqiqat və layihə işləri həyata keçiriləcək. 2026-cı ildə pilot layihə üçün ərazilər seçiləcək, 2027-ci ildə isə texnologiyanın tətbiqi üzrə ilk sınaq layihəsi icra olunacaq.

Yeni texnologiyanın tətbiqi ölkədə su ehtiyatlarının qorunmasına necə təsir göstərə bilər? Hansı risklər var?

Globalinfo.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, havadan su alma texnologiyası bahalıdır və hazırda ölkəmizdə buna ehtiyac yoxdur:

“Əgər mövcud su ehtiyatlarımızdan düzgün istifadə etsək, uzun müddət əlavə mənbəyə ehtiyac yaranmayacaq. Bu sahədə əsas problem qənaətin olmamasıdır. Bir zamanlar Xəzərin suyunun şirinləşdirilməsi layihəsi də müzakirə olunmuşdu. Belə nəhəng və səmərəsiz təşəbbüslər əvəzinə, mövcud imkanlardan istifadə etmək lazımdır. Havadan su alma texnologiyası yalnız Abşeron, Lənkəran və Masallı kimi rütubətli bölgələrdə qismən tətbiq oluna bilər. Təəssüf ki, biz yağış sularını toplamaq üçün barajlar tikmirik, yaxud qrunt sularını təmizləyib istifadə etmək əvəzinə, dənizə axıdırıq. Fikrimcə, mənzillərdə sensorlu kranların tətbiqi, köhnə boru xətlərinin yenilənməsi və su itkisinin qarşısının alınması daha məqsədəuyğundur”.

Qorxmaz İbrahimli

Ekoloq qeyd edib ki, havadan su alma layihələrinin ekoloji riskləri aydın deyil:

“Məsələn, bu texnologiya Lənkəran və Lerikdə tətbiq edilərsə, rütubətə uyğunlaşmış ekosistemlərin qurumasına səbəb ola bilər. Həmçinin, burada atmosferdəki toksin və zəhərlərin necə təmizlənəcəyi barədə dəqiq məlumat yoxdur. Düşünürəm ki, havadan su almaq hazırda həm iqtisadi, həm də ekoloji baxımdan əsaslandırılmamış və qeyri-rasional qərardır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri