Icma.az
close
up
RU
Ölkəmizdə II dəfə “Təchizat Zənciri Liderləri Zirvəsi” keçiriləcək!

Ölkəmizdə II dəfə “Təchizat Zənciri Liderləri Zirvəsi” keçiriləcək!

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

29 oktyabr 2025-ci il tarixində ölkəmizdə ikinci dəfə keçiriləcək “Təchizat Zənciri Liderləri Zirvəsi” Azərbaycanın strateji təchizat sektorunda mühüm dönüş nöqtəsi olacaq. Gülüstan sarayında baş tutacaq tədbir dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və qabaqcıl şirkətləri bir araya gətirəcək. Zirvə dayanıqlı, çevik və rəqəmsallaşdırılmış təchizat zəncirinin qurulması üçün mühüm platforma rolunu oynayacaq.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, “Dayanıqlı gələcəyə doğru birlikdə” konsepti ilə keçiriləcək tədbir Azərbaycanın qlobal bazarda rəqabət qabiliyyətini artırmağa xidmət edən yeni təşəbbüslərin müzakirəsi üçün unikal imkan yaradacaq.

Zirvənin əsas məqsədi dayanıqlılıq prinsiplərinə əsaslanaraq ekoloji, iqtisadi və sosial baxımdan davamlı təchizat zəncirinin formalaşdırılmasıdır. Bundan əlavə, dövlət satınalmalarında şəffaflıq, hesabatlılıq və rəqəmsal transformasiya kimi mövzular da diqqət mərkəzində olacaq. Peşəkar moderator və spikerlərin iştirakı ilə keçiriləcək tədbir bir bütöv günü əhatə etməklə 3 panel müzakirəsi formatında planlaşdırılır. “Dövlət Satınalmalarında peşəkarlıq” panelində dövlət satınalmalarının son illərdə keçirdiyi dəyişikliklər və modernləşmə prosesi müzakirə olunacaq. Satınalma sisteminin optimallaşdırılması, şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsi ilə əldə olunan nailiyyətlər təhlil ediləcək.

“Təchizat Zəncirinin Rəqəmsal Transformasiyası” panelində rəqəmsal həllərin tətbiqinin əməliyyatların sürətlənməsinə, xərclərin azaldılmasına və dəqiq qərar qəbuletmə prosesinə necə töhfə verdiyini nümayiş etdirəcək.

“Təchizat Zəncirində Risklərin idarə edilməsi” panelində isə paneldə qlobal qeyri-müəyyənliklər və sürətlə dəyişən bazar şərtləri fonunda təchizat zəncirində risklərin idarə olunması üsulları müzakirə ediləcək. Tədarükdə dayanıqlılığı təmin etmək üçün tətbiq olunan qabaqcıl metodlar, ehtiyat strategiyaları və çevik yanaşmalar barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, ölkəmizdə ikinci dəfə təşkil olunan Zirvə, Azərbaycanın təchizat zəncirində mövcud problemlərin həllinə dair praktiki yanaşmalar təqdim etməklə davamlı inkişaf üçün mühüm zəmin yaradır, eyni zamanda dövlət qurumları ilə özəl sektor arasında körpü rolunu oynayaraq əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə töhfə verir.

“Təchizat Zənciri Liderləri Zirvəsi”nə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi saytına keçid edə və sosial media hesablarımızdan ətraflı məlumatı əldə edə bilərsiniz.

Facebook: https://www.facebook.com/profile.php?id=61556576487637Instagram: https://www.instagram.com/sclforum/Linkedln: https://www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri