Icma.az
close
up
RU
“Ölkəmizdə media savadlılığına diqqət son illərdə artır” Vüqar Zifəroğlu

“Ölkəmizdə media savadlılığına diqqət son illərdə artır” Vüqar Zifəroğlu

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ölkəmizdə media savadlılığına diqqət son illərdə artır. “Media haqqında” qanunda da bu məsələ ayrı maddə olaraq qoyulur. Media savadlılığı – insanların mediada təqdim olunan məlumatları analiz edə bilmək, faktları fərqləndirə bilmək və media vasitələrindən düzgün istifadə etmək bacarıqlarını əhatə edir. İnternetin sürətli yayılması və sosial medianın təsiri nəticəsində bu sahədə məlumatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir”.

Bu sözləri Manset.az-a açıqlamasında jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu Azərbaycanda media savadlılığı həftəsinin keçirilməsinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, ölkəmizdə bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Lakin media savadlılığı hələ də geniş yayılmayıb. Bir çox insanlar xüsusilə sosial mediada yayılan məlumatlara tənqidi yanaşmadan inanmağa meyllidir. Bu da bir sıra hallarda təəssüf ki, informasiya manipulyasiyasının və yalan məlumatların yayılmasına səbəb olur.

“Media savadlığı cəmiyyətin bu istiqamətdə maariflənməsini nəzərdə tutan anlayışdır. Jurnalistlər üçün isə əsas olan informasiya savadlılığıdır.  İnformasiya savadlılığı, jurnalistlərin informasiya ilə işləmək bacarığını, bu prosesin müxtəlif istiqamətlərini özündə ehtiva edir, müxtəlif informasiya mənbələrini tapmaq, əldə etmək, qiymətləndirmək və effektiv istifadə etmək bacarığıdır. Bu bacarıq, jurnalistin doğru məlumatı tapmasına, mötəbər mənbələri seçməsinə və bu məlumatları analitik şəkildə qiymətləndirməsinə kömək edir”.

Əməkdar jurnalist hesab edir ki, informasiya savadlılığı, xüsusilə sürətlə dəyişən rəqəmsal dünyada vacibdir, çünki sosial media və internetdə yayılan məlumatlar arasında yalan məlumatları və manipulyasiya olunmuş məzmunları anlamaq üçün kritik bir bacarıq kimi ortaya çıxır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 18 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri