Ölkəmizdə Müsəlman Qardaşlarının ruşeymləri zərərsizləşdirilməlidir Xəqani Cəfərlidən çağırış
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
“Florida ştatının qubernatoru Ron DeSantis Amerika-İslam Münasibətləri Şurası (CAIR) və Müsəlman Qardaşlarının ştat ərazisində xarici terror təşkilatı kimi tanınması haqqında sərəncam imzalayıb. Sərəncamda bu təşkilatların HƏMAS, Hizbullah və digər Fələstin qrupları ilə əlaqəli olduğu qeyd edilir”.
Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Xəqani Cəfərli bildirib.
Onun sözlərinə görə, sərəncama əsasən, Florida Hüquq Mühafizə Departamentinə və Florida Şosse Patruluna bundan sonra “terror təşkilatlarının qeyri-qanuni fəaliyyətinin qarşısını almaq” səlahiyyəti verilir:
“Bir başqa məlumata görə, ABŞ Konqresi bu həftə Müsəlman Qardaşlarının terror təşkilatı kimi tanınması ilə bağlı qanun qəbul edəcək.
İsrail Müdafiə Ordusu (SAXAL) və İsrail Təhlükəsizlik Xidməti (Şin Bet) Türkiyədə birbaşa İranın nəzarəti altında fəaliyyət göstərən HƏMAS-ın maliyyə şəbəkəsi ilə bağlı kəşfiyyat məlumatlarını açıqlayıb. Məlumata görə, bu şəbəkə HƏMAS rəhbərliyinə və terror əməliyyatlarının icra edilməsinə yüz milyonlarla dolların köçürülməsində iştirak edib. Şəbəkənin başında duran Tamar Həsənin HƏMAS-ın faktiki “maliyyə nazirliyi” hesab olunan qurumda yüksək vəzifəli məmur, birbaşa HƏMAS lideri Xəlil əl-Hayiyə tabe olduğu bildirilir.
Bu mövzuda öncə də yazmış, prosesin çox təhlükəli istiqamətdə getməsinə diqqət çəkmək istəmişdim. Bunun sonu Türkiyə üçün ağır ola bilər. Əgər Konqres Müsəlman Qardaşlarının terror təşkilatı kimi tanınması ilə bağlı qanun qəbul etsə, bu Türkiyə üçün təhlükəli prosesin önünü aça bilər.
Türkiyə dövləti ləngimədən Müsəlman Qardaşlarının fəaliyyətini qadağan edən hüquqi aktlar qəbul etməlidir. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizdə Müsəlman Qardaşlarının ehtimal olunan ruşeymlərini zərərsizləşdirməkdə ləngiməməlidir. Əks halda qarşıda ciddi problemlərlə üzləşə bilərik”.
Lalə, BakuPost
Baxış sayı:19
Bu xəbər 09 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















