Icma.az
close
up
RU
Ölkəmizdə qadın sahibkarlığının inkşafına necə dəstək göstərilir?

Ölkəmizdə qadın sahibkarlığının inkşafına necə dəstək göstərilir?

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Müsahibimiz Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının PR və Media komitəsinin sədri Dilşad Musadır. 

- Dilşad xanım, sahibkar qadın olmaq üçün ən vacib olan məqam hansıdır?

- Sahibkar qadın olmaq üçün ən vacib məqam inam, iradə və qətiyyətdir. Sahibkarlıqda uğur qazanmaq üçün qadınlar bir çox çətinliklərlə üzləşə bilərlər. Məsələn, maliyyə resurslarına çıxış, stereotiplər, balanslı iş və şəxsi həyat qurmaq kimi məsələlər birbaşa təsir edən amillərdir. Lakin güclü inam, iradə, qətiyyət və düzgün strategiya ilə bu maneələri rahat olmasa da aşmaq mümkündür. Uğurlu sahibkar qadın olmaq üçün öz təcrübəmdə aşkar etdiyim amilləri qeyd etmək istəyirəm:
 

Düzgün və effektiv ünsiyyət bacarıqları - Uğur qazanmaq və müştərilərlə sıx əlaqədə olmaq üçün effektiv ünsiyyət çox vacibdir. 
 Düzgün Biznes İdeyası – Bazar ehtiyaclarını nəzərə alaraq unikal və dəyərli bir ideya seçmək.
Şəbəkələşmə (Networking) – Digər sahibkarlarla əlaqə yaratmaq, mentor tapmaq və dəstək sisteminə sahib olmaq.
Maliyyə Savadı – Gəlir, xərclər, investisiya və risk idarəçiliyi kimi mövzularda biliklərə sahib olmaq.
Adaptasiya və İnkişaf – Dəyişən bazar şərtlərinə uyğunlaşmaq, yeni bacarıqlar öyrənmək və innovativ həllər tapmaq.
Liderlik Bacarıqları – Komandanı düzgün idarə etmək, insan resurslarını effektiv yönləndirmək və motivasiya etmək.

- Cəmiyyətimiz tərəfindən sahibkar qadınlara dəstək varmı sizcə?

 - Bəli, son illərdə cəmiyyətimizdə sahibkar qadınlara dəstək artıb. Dövlət, qeyri-hökumət təşkilatları, banklar  və müxtəlif beynəlxalq qurumlar qadın sahibkarlığını inkişaf etdirmək üçün bir sıra proqramlar həyata keçirirlər. Dəstək formalarına Dövlət Təşviqləri və Qrantlar – Azərbaycan hökuməti qadın sahibkarlar üçün güzəştli kreditlər və qrant proqramlarını,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) qadın sahibkarları dəstəkləyən layihələrini, İnvestisiya və Startap Dəstəyi – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və müxtəlif inkubator mərkəzlərinin qadın sahibkarların startaplarına sərmayə və təlim imkanlarını, Beynəlxalq Dəstək Proqramları – BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qadınların iqtisadi güclənməsi üçün xüsusi layihələrini, Sosial və Mediaya Dəstək – Sosial media və müxtəlif platformalar qadın sahibkarların bizneslərini tanıtmasına və daha geniş auditoriyaya çatması imkanını, AccessBankın Access to Success sahibkar qadınlara dəstək təlim proqramını misal göstərə bilərəm.

  - Yaxın günlərdə sahibkarlıqda media forumları həyata keçirəcəksiniz. Bu barədə danışardız.

 - “Sahibkarlıqda Media” Forumunun təşkilində məqsəd medianın sahibkarlıqla rolunun nə qədər yüksək olduğunu göstərmək, sahibkarlıqla medianın dostluq körpüsünü qurmaq, eyni zamanda yerli sahibkarlar və iş adamları arasında biznes və əməkdaşlıq əlaqələrin qurulması və ortaq layihələrin qurulmasına dəstək olmaqdır: “Deyə bilərəm ki, ilkin mərhələdə buna da nail ola bildik. Arxada qoyduğumuz iki forum medianın sahibkarlıqda rolunun nə qədər yüksək olduğunu göstərdi. Belə tədbirlərin sahibkarlıq ilə media arasında dostluq körpüsünün qurulması, eyni zamanda yerli sahibkarlar, iş adamları arasında biznes və əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icra edilməsinə dəstək sahəsində necə böyük önəm kəsb etdiyi vurğulandı. Məhz bundan yola çıxaraq üçüncü forumun keçirilməsinə qərar verdik. Beləliklə, 12 mart, saat 10:00-18:00-da "JW Marriot Abşeron" Otelin “Şərq” zalında üçüncü forum keçiriləcək. Bu forumda da dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, yerli və xarici yerli iş adamları, sahibkarlar, media nümayəndələri iştirak edəcək.

 - Məndə olan məlumata görə, 2000-ci ildən indiyə qədər 100 – dən çox yerli və 30-a yaxın beynəlxalq təlimlərin iştirakçısı olmusunuz. Bu təlimlər sizə nə qatdı? 

 - Yerli və beynəlxalq təlimlərdə iştirakım uğur qazanmaqda başlıca amillərdən biridir . İş və şəxsi həyatda mənə qatdığı faydaları sıralaya bilərəm . 
 

Yeni bilik və bacarıqlar – Peşəkar və şəxsi inkişaf üçün yeni biliklər əldə etdim. Beynəlxalq təlimlərdə isə fərqli yanaşmalar və metodlarla tanış oldum. Şəbəkələşmə (Networking) – Müxtəlif sahələrdən olan insanlarla tanış olaraq yeni əməkdaşlıq imkanları yaratdım. Mədəniyyətlərarası təcrübə – Beynəlxalq təlimlərdə iştirak fərqli ölkələrin iş metodlarını, düşüncə tərzini və mədəniyyətini öyrənmək imkanı yaratdı. Karyera inkişafı – Sertifikatlar və təlimlərdə iştirak təcrübəmi zənginləşdirərək karyeramda irəliləməyə kömək edir.  İlham və motivasiya – Yeni mühitdə olmaq, uğurlu insanlarla ünsiyyətdə olmaq motivasiyamı artırır və  daha da inkişaf etməyə həvəsləndirir. Yeniliklərdən xəbərdar olmaq – Beynəlxalq təlimlərdə ən son trendlər və yeniliklər haqqında məlumat alırıq ki, bu da bizi rəqabətədavamlı edir. Bütün bunlarla yanaşı həm sosiallaşır , eyni zamanda özgüvənim artır ki, bu da mənə əlaqələrimi gücləndirməyimə kömək edir.

 - 2023-cü ildən Lənkəran Futbol Klubunun vitse-Prezidentisiniz. Fəaliyyət göstərdiyiniz sahələrin idmanla bir bağlılığı yoxdur. Sizə çətin gəlmədiki bu sahədə də özünüzü sınamaq? 

 - Əslində kənardan əlaqəsiz görünsə də, gördüyüm işlərin hamısı bir- birilə əlaqəlidir. Hamısının kökündə insan münasibətləri dayanır. İnsanları tanıyıb, insanlarla iş görmək mənim eçün çox zövqlüdür. Bildiyiniz kimi Musa mənim oğlumdur. Və Musa ləqəbi də ordan gəlir. 4 yaşından futbolla məşğul olur . Onun sevdiyi işi görmək, bu istiqamətdə iş görərək onun gələcək karyerasına dəstək olmaq mənim valideynlik borcumdur. Həm mənəvi olaraq məni xoşbəxt edir. Xasiyyətcə monoton işləri sevən birisi deyiləm. Yeniliklər axtaran, işə yaradıcılıq qatan bir maraq dairəm var. Bu da məni başqa sahələrə birbaşa olmasa da dolayı yolla sövq edir.

  - Bəs ölkəmizdə hazırda qadınlar üçün hansı iş perspektivləri var?

 - Ölkəmizdə qadınlar üçün müxtəlif sahələrdə iş imkanları mövcuddur. Məsələn, təhsil, səhiyyə, satış və marketinq, idarəetmə, informasiya texnologiyaları və mühəndislik kimi sahələrdə qadınlar fəal şəkildə çalışırlar. Bu yaxınlarda bizim də qadınlarla bağlı bir platformamız fəaliyyətə başlayacaq . Platforma qadınlarımıza yeni iş imkanları, eyni zamanda bir- birindən faydalanmaq şansı verəcək. 

Havar Şəfiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri