“Ölkəmizdə qeyri neft sektorunda ixracın artırılması ilə bağlı işlər görülür”
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Hazırda ölkəmizdə qeyri-neft sektorunda ixracın payının artırılması ilə bağlı bir sıra işlər görülür. Bunlardan biri ixrac edən sahibkarlarla bağlı assosiasiyaların yaradılmasıdır. Onların problemləri araşdırılır və ixracının asanlaşdırılması ilə bağlı işlər görülür. Digər məsələ isə ölkədə, xüsusən qeyri-neft sektorunun inkişafı ilə bağlı olaraq müəssisələrin açılması üçün subsidiyalaşma, dövlət zəmanətli vəsaitlərin verilməsinin həcmi də artırılır”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
R.Atakişiyev bildirib ki, sahibkarara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vasitəsilə təlimlər keçirilir, ixracla bağlı məsləhətlər verilir, o cümlədən KOB klasterlər yaradılmağa başlayıb: “Bu da Azərbaycan mənşəli məhsulların istehsal edilməsi üçün klaster şirkətlərin qurulmasından ibarətdir ki, həmin klaster şirkətlər qurulduğu zaman Azərbaycan məhsullarının xaricə ixracı imkanları daha da genişlənə bilər”.
İqtisadçı qeyd edib ki, beynəlxalq bazarların araşdırılması, xaricdə mövcud olan Azərbaycan nümayəndəlikləri vasitəsilə orada Azərbaycan məhsullarının tanıdılması, xaricdə keçirilən sərgilərə Azərbaycan sahibkarlarının bir hissəsinin dövlət hesabına göndərilməsi, o cümlədən xarici müəssisələrdə Azərbaycan gəlirlərinin biznes forumlarının keçirilməsi və s. bu kimi vasitələrlə ölkənin istehsal olunan məhsullarının ixracatının artırılması sırasında işlər aparılır: “Son dövrlər biz görürük ki, işğaldan azad olunmuş ərazilərdə də əkin-biçin, istehsal prosesi həyata keçirilir. Bu da Azərbaycan iqtisadiyyatının böyüməsi, ixrac qabiliyyətinin artmasına gətirib çıxara bilər”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 İyun 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















