Icma.az
close
up
RU
Ölkəmizdə qış turizminin qiymətləri ona görə yüksəkdir ki... AÇIQLAMA

Ölkəmizdə qış turizminin qiymətləri ona görə yüksəkdir ki... AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Azərbaycanın qış turizmi üçün qiymətlər bölgəyə, hotel və xidmət növünə görə dəyişir. Məsələn, Şahdağ və Tufandağda hotel qiymətləri 100 manatdan başlayıb, lüks otellərdə 300-500 manata qədər yüksələ bilər. Quba və Qusar kimi digər bölgələrdə də hotel və xidmətlər fərqli qiymət aralığında təklif edilir. Tətil və bayram vaxtlarında isə qiymətlərdə daha da artım müşahidə edilə bilir.

Bəs ölkəmizdə qış turizmində qiymətlərin daha əlçatan olması üçün hansı addımlar atılmalıdır? 

Mövzu ilə əlaqədar turizm məsələləri üzrə ekspert Əziz Şiriyev Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkəmizdə qış turizm üç istiqamət üzrədir: Qusar-Şahdağ, Qəbələ-Tufandağ, Naxçıvanda Ağbulaq Qış Turizm kompleksi.

"Qış kompleksləri yalnız qış mövsümündə daha yaxşı çalışdıqlarına görə onlarda qiymətlərin belə olması məqsədəuyğundur. Bildiyimiz kimi, yayda həmin komplekslərə, demək olar ki, gedən olmur, olsa da, çox az olur. Qiymətlərin artımı isə nəinki bizdə, dünya üzrə müşahidə olunmaqdadır. Yeni il tarixində biz "Şahdağ Spa Resort"da, "PİK Palace Hotel"lərində yer tapa bilmərik. Əgər boş otaqlar olsa belə, bir-iki otaq olacaq ki, geri qaytarılmayandır və qiyməti 2000 manat üzərindədir", - deyə o bildirdi.

Ekspert təklif etdi ki, həmin ərazilərdə və yaxud ora yaxın olan yerlərdə qonaq evləri olsun:

"Həmçinin daha aşağı kateqoriyalı hotellərdə də gecələmək olar. Əsas məqsəd Şahdağa getməkdirsə, digər hotellərə də üstünlük vermək olar. Hətta icarəyə verilən evlərdə də qalıb əyləncədən faydalanmaq mümkündür. Ancaq bu qiymətləri daha uyğun etmək üçün komplekslərin sayı çox olmalıdır. Rəqabət çox olmalıdır ki, qiymətlərə də təsir eləsin. Nəzərə alsaq ki, vaxtikən televizorda baxdığımız şeylər hazırda ölkəmizdə var və biz bunu real şəkildə istifadə edirik, elə də baha sayılmamalıdır".

Ə.Şiriyev vurğuladı ki, komplekslərin sayı daha da artsa, qiymətdə hər hansı bir dəyişikliklər ola bilər.

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri