Icma.az
close
up
RU
Ölkəmizdə siyasi dialoq mühiti dərinləşir

Ölkəmizdə siyasi dialoq mühiti dərinləşir

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi məqsədilə müxtəlif layihələr icra olunur. Azərbaycan ictimaiyyəti son illər ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar bütün təşəbbüslər mətbuatda işıqlandırılır və bu məlumatlar ictimaiyyət üçün tam olaraq açıqdır.

Qeyd edək ki, siyasi dialoq mühitinin təşviqi ilə bağlı təşəbbüslər institusional və qanunverici müstəvilərdə olmaqla yanaşı, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılması kimi mühüm sahəni də əhatə edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri davamlı olaraq qeyd edir.  Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin martın 6-da Xankəndi, Əsgəran və Xocalıya növbəti birgə səfərinin təşkil olunması da ölkəmizdə dialoq mühitinin nümunəsidir.

Arzuxan Əlizadə: Siyasi islahatlar sağlam dialoqa xidmət edir

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, millət vəkili  Arzuxan Əlizadə bildirib ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin yeganə amalı inkişaf siyasətinə dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir. Onun sözlərinə görə, Azərbaycan  Prezidentinin iradəsi əsasında milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb: “Dialoqun inkişafı əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırıb. Ümummilli məsələlərdə də vahid mövqe yaranıb. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Bu mənada, işğaldan azad olunmuş ərazilərimizə təşkil olunan səfərlər çox əhəmiyyətlidir”.

A.Əlizadə qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Xankəndi, Xocalı və Əsgəranda böyük quruculuq işləri həyata keçirilir. “Siyasi partiyalar olaraq bu prosesdə dövlətimizə siyasi dəstək verməliyik. Ölkəmizdə ümummilli məsələlərdə həmrəylik və birliyimizi hər zaman qorumalıyıq”, deyə partiya sədri vurğulayıb.

Fazil Mustafa: Belə səfərlər partiyalararası dialoqun inkişafına kömək edir

Böyük Quruluş Partiyasının (BQP) sədri, parlamentin komitə sədri  Fazil Mustafa bildirib ki, Prezident Administrasiyasının işğaldan azad edilmiş ərazilərimizə təşkil etdiyi səfərlər çox yüksək səviyyədədir. Onun sözlərinə görə, bu əraziləri görmək, işğaldan azad olunmuş torpaqlarımızı bir daha ziyarət etmək bir xoşbəxtlikdir: “İndi bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, hər yerdə quruculuq işləri gedir. Bu, bütün Azərbaycan üçün böyük fəxarətdir. Biz də siyasi partiyalar olaraq burada olan mənzərəni müşahidə etdikcə, özümüzün düşüncəmizi, dünyagörüşümüzü daha fərqli formada inkişaf etdiririk və bura ilə bağlı təəssüratlarımızı formalaşdırırıq”.

Partiya sədri qeyd edib ki, belə səfərlər, həm də partiyalararası dialoqun inkişafına kömək edir, partiya təmsilçiləri, media nümayəndələrinin bir yerdə gələcək barədə düşünməsi fürsəti yaradır: “Ona görə də çox faydalı bir tədbirdir və biz bundan ancaq bəhrələndik. Qarabağa növbəti səfərlə bağlı təəssüratlarımız çox böyükdür”.

Elşən Musayev: Ümummilli məsələlər bizdən hər zaman birlik və həmrəylik tələb edir

“Prezident Administrasiyasının təşkilatçılığı ilə biz növbəti səfərimizdə Qarabağda baş verən quruculuq işləri ilə tanış olmaq, həm də bu ərazilərdə görülən işlərin, proseslərin şahidi olmaq, əhalinin məskunlaşması ilə bağlı bilgilər əldə etmək fürsəti qazandıq. Çox sevindik. Çünki, illər öncə bunu arzulayırdıq. Amma zaman göstərdi ki, biz gəldik və bayrağımızı burada dalğalandırdıq”. Bu fikirləri isə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri (ADMP), millət vəkili Elşən Musayev deyib. E.Musayev bildirib ki, artıq Qarabağ Universiteti fəaliyyət göstərir, Qarabağ stadionu qarşımıza panorama olaraq açılır, binalar tikilir, insanlar köçməyə başlayırlar və biz Qarabağın artıq həqiqətən də tam mənada Azərbaycanı bütövləşdirdiyinin şahidi oluruq. 

“Ona görə də bu səfərin təşkilatçılarına təşəkkür edirik. Belə gözəl səfərlər, həm də partiyalararası dialoqun inkişafına da fayda verir. Çünki bütün bunlar ümummilli məsələlərdir ki, bizdən hər zaman birlik və həmrəylik tələb edir”,-deyə partiya sədri vurğulayıb.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Mart 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri