Icma.az
close
up
RU
Ölkəmizə qarşı hər hansı təcavüz aktına yol verilməsi suverenliyimizə ciddi təhdiddir Əli Məsimli

Ölkəmizə qarşı hər hansı təcavüz aktına yol verilməsi suverenliyimizə ciddi təhdiddir Əli Məsimli

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında ölkə başçısı Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövlətinə məxsus pilotsuz uçuş aparatları ilə atəş altına salınmasını Azərbaycan dövlətinə qarşı terror aktı kimi dəyərləndirmişdir. Prezident bu günkü terror hücumunun İran dövlətinin Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi terror aktlarının  ilk dəfə olmadığını vurğulamışdır".

Bunu Redaktor.az-a açıqlamasında millət vəkili Əli Məsimli İranın Naxçıvana drona hücumunu və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirləri şərh edərkən bildirdi.

"Bütün dünyada getdikcə gərginləşən geosiyasi proseslər kontekstində Azərbaycan Respublikası hərbi-siyasi gərginliyin yumşaldılması və aradan qaldırılması istiqamətində daim ardıcıl siyasət yürüdərək, bir çox ölkələr arasında münasibətlərin normallaşmasına töhfə verməklə uğurlu vasitəçi dövlət statusunu qazanmışdır. Ölkəmizin  xarici siyasətində əsas prioritet istiqamət qonşularla sülh şəraitində yanaşı yaşamaq, bir çox iqtisadi problemlərin aradan qaldırılmasına dəstək verməkdir ki, bu istiqamətdə də böyük nailiyyətlər əldə edilmişdir", - deyə o vurğuladı.

Deputat qeyd etdi ki, ölkəmiz daim qonşuluq prinsipinə sadiq qalıb, Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur:

"Ölkə başçısı bugünkü çıxışında bu məqamların dəfələrlə İranın siyasi rəhbərliyinə çatdırıldığını bildirmişdir. İstər 2025-ci ilin yayında, istərsə də yaşadığımız bu günlərdə İran İslam Respublikası ətrafında cərəyan edən hərbi-siyasi gərginlik  və müharibə şəraitində ölkəmiz gərginliyin yumşaldılması istiqamətində ciddi səylər göstərir. Bu kontekstdə İran ərazisində olan əcnəbi vətəndaşların öz ölkələrinə qayıtmaları üçün hər cür şərait yaradılmışdır və bu humanitar missiya böyük həssaslıqla davam etdirilir. Etibarlı qonşuluq siyasətinə uyğun olaraq bu hümanitar missiya İran dronlarının  ölkəmizə hücumundan bir neçə saat öncə də davam etdirilmiş, Prezidentin özü birbaşa olaraq İran tərəfinin xahişinə əsasən İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə kömək etmək göstərişi vermiş, təyyarə göndərilmişdir. Yardım xahişinə ölkə başçısının “indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?” kimi alicənab münasibətinə onların cavabı Prezidentin qeyd etdiyi kimi “çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!” oldu. Ötən gün ölkə başçısı İlham Əliyevin İranın Bakıdakı səfirliyini ziyarət etməsi və İranın Ali Liderinin ölümü ilə bağlı başsağlığı verməsi dövlətimizin və onun rəhbərinin İran ətrafında cərəyan edən proseslərə münasibətdə insansevərliyə dayanan həssaslıqla yanaşmasının nümunəsidir. Bu günə kimi Azərbaycanın Respublikasının Prezidentindən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib.

Bütün bunlara rəğmən bu gün İran dövlətinə aid olan PUA-lar vasitəsilə Naxçıvan Muxtar Respublikasının ərazisinə edilmiş hücum başadüşülən deyil, qəbuledilməzdir, beynəlxalq hüquqa, xüsusən də, qonşuluq prinsiplərinə ziddir. Hücuma məruz qalmış hədəflərin mülki obyektlər olması, xəsarət almış insanların mülki şəxslər olması bu aktın qeyri-insani və qonşuluğa sığmayan hərəkət olmasının bariz təzahürüdür və qətiyyətlə pislənilməlidir. İranın Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir.

Ümid edirik ki, qarşıdakı saatlar ərzində İran rəsmiləri bu hücuma və onun başvermə səbəblərinə dair düzgün, aydın şəkildə ifadə edilmiş cavab verəcəklər və bir də belə hadisə təkrarlanmayacaqdır. İranın hərbi-siyasi rəhbərliyi nəhayət bu hücumun qarşıdakı dövr ərzində bölgədə baş verəcək hadisələrə təsirlərini anlayacaq qədər düşüncəli davranış numayiş etdirəcəklər".

Əli Məsimli bildirdi ki, ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq, dövlətimiz bu kimi halların qarşısını almaq üçün müdafiə xarakterli perventiv addımlar atacaqdır.

"Bu gün Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında ölkə başçısının qeyd etdiyi kimi  bu məsələ ilə bağlı tədbirlər planı hazırlanılmasına başlanılmışdır, bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz notası verilib, digər diplomatik addımlar atılır, hərbi baxımdan önləyici təbirlər görülür. Ölkəmizə qarşı hər hansı təcavüz aktına yol verilməsi dövlət müstəqilliyimizin və suverenliyimizə ciddi təhdiddir. Bu təhdidləri önləmək və aradan qaldırmağa yetərli qədər hərbi, siyasi, iqtisadi gücümüz, möhkəm və sarsılmaz iradəmiz, xalq-dövlət həmrəyliyimiz vardır", - deyə deputat yekunlaşdırdı.

Turan İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Mart 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri