Ölkəmizi niyə biabır etməyə çalışırıq? Allah haqqı... Pərviz Hüseyn
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Həqiqətən çox maraqlıdır: hansısa erməni, görəsən, öz ölkəsinə qarşı bunu edər? Dünyanın ən ş... millətidir, amma ömrüboyu yalan danışdılar. Bütün dünyanı yalana inandırdılar".
Ölkə.Az xəbər verir ki, bu sözləri jurnalist Pərviz Hüseyn qeyd edib. O, Bakıda keçirilən COP 29-la bağlı neqativ paylaşımlara münasibət bildirib:
"Dünya iqlimlə bağlı Azərbaycana toplaşıb, biri sual verir ki, Toplum TV belə gəldi, elə getdi. Ora yeridir? O biri gedir Gürcüstanda öz ölkəsinə qarşı aksiya edir, sonra da deputat olmaq istəyir. Biri müxalif olmasa da, avamlığından gedir az qala balinanın ağzını cırır ki, niyə canlı deyilsən? Biri deyir, şəkərbura 12 manatdır. Niyə beləyik axı? Ölkəmizi niyə bütün dünya qarşısında biabır etməyə çalışırıq? Bu boyda işlər görülür, yenə də heç nəyə qane olmuruq. Bərabərsizlik, münaqişələr və sosial ədalətsizliklər kimi problemlər tək bizim ölkədə deyil axı. Allah haqqı, çox təəssüf edirəm", - deyə o qeyd edib.
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















