Icma.az
close
up
RU
Ölkəmizin Almaniya ilə iqtisadi əməkdaşlığı genişlənir

Ölkəmizin Almaniya ilə iqtisadi əməkdaşlığı genişlənir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

8 aylıq ticarət əməliyyatları 1,3 milyard dollara çatıb

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ralf Böhme ilə görüşüb.

Söhbət zamanı iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərindən bəhs olunub, qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamika üzrə davam etdiyi vurğulanıb. Bildirilib ki, hazırda hər iki ölkə iqtisadiyyat, ticarət, energetika və digər prioritet sahələr üzrə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.

Tərəflər Azərbaycan və Almaniya şirkətləri arasında qarşılıqlı əməkdaşlığın təşviqi, birgə investisiya layihələrinin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində təcrübə mübadiləsi, kənd təsərrüfatı, nəqliyyat-logistika və digər istiqamətlərdə işbirliyinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdən sonra Azərbaycan – Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 10-cu iclası keçirilib. İclasa Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Almaniya tərəfdən isə İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ralf Böhme həmsədrlik ediblər. Toplantıda Azərbaycan və Almaniya arasında uğurlu iqtisadi əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Almaniyanın Azərbaycanın qeyri-neft-qaz sektorunda ən böyük 10 investordan biri olduğu diqqətə çatdırılıb. Belə ki, hazırda ölkəmizdə sənaye, nəqliyyat, tikinti, ticarət, kənd təsərrüfatı, xidmət və digər sahələrdə 200-ə yaxın Almaniya kommersiya qurumu fəaliyyət göstərir.

İclasda Azərbaycanın mövcud iqtisadi vəziyyəti və həyata keçirilən islahatlar, eləcə də ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verilib. Eyni zamanda, qlobal iqtisadi dalğalanmalar fonunda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanıldığı qeyd olunub. Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyi və Orta Dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsində oynadığı mühüm rol vurğulanıb. Bununla yanaşı, ölkəmizin iqtisadi, ticarət, sənaye və investisiya imkanları, eləcə də enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, rəqəmsal inkişaf, təhsil, turizm, mədəniyyət, səhiyyə sahələrinin inkişafı və su ehtiyatlarının idarə olunması haqqında məlumat verilib, təqdimatlar nümayiş olunub.

Qonaqlara Azərbaycanda xarici investisiyalı birgə müəssisələrin fəaliyyətinin yüksək səviyyədə dəstəklənməsi və istehsalın lokallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verilib. Bildirilib ki, əlaqələrin möhkəmlənməsi və yeni istiqamətlərdə tərəfdaşlıqların qurulması üçün böyük potensial var. Ölkəmizdə yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında Almaniya şirkətlərinin iştirakı imkanları, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb.

Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət idarəsinin rəhbəri Ralf Böhme Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 10-cu iclası çərçivəsində müzakirə edilən məsələlərin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verəcəyini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Yeri gəlmişkən, cari ilin yanvar-avqust aylarında Azərbaycanla Almaniya arasında ticarət əməliyyatlarının həcmi 1 milyard 32 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 51,3 milyon dollar və ya 5,2 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə Almaniya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi daxili məhsulunun 3,2 faizini təşkil edib. Bu göstərici ilə Almaniya Azərbaycanın ticarət əməliyyatlarının həcminə görə əməkdaşlıq etdiyi ölkələr arasında beşinci yerdə qərarlaşıb.

2025-ci ilin 8 ayında ölkəmiz Almaniyaya 466,3 milyon dollarlıq məhsul ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 24 milyon dollar və ya 5,4 faiz azdır. Hesabat dövründə Azərbaycan bu ölkədən 566,9 milyon dollarlıq məhsul idxal edib. Bu isə illik müqayisədə 27,8 milyon ABŞ dolları və ya 5,1 faiz çoxdur.

İki ölkə qarşılıqlı investisiya qoyuluşu üzrə də fəal əməkdaşlıq edirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, Almaniya Azərbaycana ən çox sərmayə yatırdığı ölkələr arasında 11-ci yerdə qərarlaşıb. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari ilin ilk yarısında Almaniyadan Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi 17 milyon 29 min ABŞ dollar olub. Hesabat dövründə bu ölkənin Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,5 faiz təşkil edib.

Eyni zamanda, bu ilin ilk 6 ayında Azərbaycan Almaniya iqtisadiyyatına 14 milyon ABŞ dolları sərmayə qoyub. Beləliklə, Azərbaycanın Almaniyaya yönəltdiyi investisiyaların ümumi birbaşa xarici investisiyalardakı xüsusi çəkisi 1 faiz təşkil edib.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri