Icma.az
close
up
RU
Ölkəmizin ECO məkanında enerji sektorundakı rolu misilsizdir Deputat

Ölkəmizin ECO məkanında enerji sektorundakı rolu misilsizdir Deputat

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İyulun 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün qədim Azərbaycan torpağı olan Xankəndidə keçirilməsi regional əməkdaşlığın genişlənməsi, həmçinin ölkəmizin postmünaqişə dövründə siyasi və iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin çıxışı dövlətimizin regional lider kimi mövqeyini və iqtisadi inkişaf strategiyasını nümayiş etdirir". 

 Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Deputatın sözlərinə görə, Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi Azərbaycanın suverenliyinin təzahürü olmaqla yanaşı, uzun illər işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini bir daha təsdiqləyir.

"2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan 300-dən çox şəhər və kəndi işğaldan azad etmişdir. Bu tarixi qələbələr regionda yeni geosiyasi reallıqların formalaşmasını sürətləndirmişdir.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında işğal zamanı törədilmiş dağıntıların miqyası və fəsadlarına beynəlxalq hüquq çərçivəsində obyektiv yanaşmanın vacibliyini qeyd etmişdir. Hazırda Azərbaycanın Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərdə 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur. 50 mindən artıq sakin öz doğma yurduna dönərək yaşayır, çalışır və təhsil alır. Bu faktorlar  həm insan hüquqlarının bərpası, həm də regionun iqtisadi və sosial inkişafının gücləndirilməsi deməkdir.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilmiş Nazirlər Şurasında azərbaycanlıların qayıdış hüququnu dəstəkləyən qətnamənin yekdilliklə qəbul edilməsi ölkəmizin bu məsələdə beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Bu istiqamətdə Azərbaycan diplomatiyası ardıcıl, səmərəli və məqsədyönlü fəaliyyət həyata keçirir.

Ölkəmizin ECO məkanında enerji sektorundakı rolu misilsizdir. Son 20 ildə Azərbaycana yatırılan təxminən 350 milyard ABŞ dolları məbləğində sərmayə, sabit siyasi mühit və sürətlə inkişaf edən iqtisadiyyat regionun iqtisadi inteqrasiyasının güclənməsində mühüm amil olub. Azərbaycanın təbii qazını ixrac etdiyi 12 ölkə ilə yanaşı, beynəlxalq platformalarda, o cümlədən COP kimi önəmli qlobal konfranslarda fəal iştirakı dövlətimizin enerji təhlükəsizliyi sahəsində mövqeyini daha da möhkəmləndirir.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi strateji mövqedə yerləşən Azərbaycan artıq təkcə tranzit ölkə deyil, regional logistika və enerji mərkəzinə çevrilib. Bu faktor ECO ölkələri arasında ticari və iqtisadi əlaqələrin dərinləşməsinə mühüm təkan verir. Prezident İlham Əliyev 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsinə görə təşəkkürünü bildirib.

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən ECO Həftəsi kimi tədbirlər ölkəmizin regionda liderlik mövqeyini daha da gücləndirir. Biznes, gənclər və qadınlar forumları vasitəsilə iqtisadi əməkdaşlığın müxtəlif sahələrində praktiki addımlar atılır, eləcə də tədqiqat və təmiz enerji mərkəzlərinin yaradılması planlaşdırılır.

Xankəndidə keçirilmiş ECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın yalnız regionda deyil, qlobal arenada da artan nüfuzunu təcəssüm etdirir. Prezident İlham Əliyevin çıxışı Azərbaycan modelinin postmünaqişə reallıqları, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində parlaq nümunə olduğunu göstərir. Bərpa və yenidənqurma işləri ilə yanaşı, hüquqi və diplomatik müstəvidə əldə edilən uğurlar ölkəmizin regional gücdən qlobal aktora çevrilməsinin əsasını təşkil edir". 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 İyul 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri