Icma.az
close
up
RU
Ölkəmizin Mərkəzi Asiya ilə əməkdaşlığı daha da möhkəmlənir ŞƏRH

Ölkəmizin Mərkəzi Asiya ilə əməkdaşlığı daha da möhkəmlənir ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlumdur ki, ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biri Mərkəzi Asiya dövlətləri və Türk dünyası ilə əməkdaşlığın inkişafıdır. Yeri gəlmişkən, ortaq tarixi köklər, dil və mədəni bağlılıq, eləcə də müasir geosiyasi reallıqlar bu əlaqələrin strateji xarakterini daha da gücləndirir. Son illərdə Azərbaycanın həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində Mərkəzi Asiya ölkələri ilə siyasi dialoq, iqtisadi tərəfdaşlıq, nəqliyyat-logistika sahəsində əməkdaşlıq və humanitar münasibətlər dinamik inkişaf mərhələsinə qədəm qoyub. Türk dünyasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan münasibətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır.

Xüsusilə qeyd edək ki, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri də məhz bu strateji siyasi kursun mühüm tərkib hissəsidir. Dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, Mərkəzi Asiya ölkələri ilə çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə yeni imkanlar açır. Azərbaycan və Qırğızıstan xalqlarını ortaq tarix, mənəvi dəyərlər və qarşılıqlı hörmət birləşdirir. Dövlətlərarası münasibətlər isə yüksək səviyyəli siyasi dialoq və strateji tərəfdaşlıq prinsipləri üzərində inkişaf edir. Son illərdə həyata keçirilən qarşılıqlı səfərlər və birgə təşəbbüslər iki qardaş ölkə arasında əməkdaşlığın yeni məzmun qazanmasına şərait yaradıb. Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı olan “Manas” ordeni ilə təltif olunması xüsusi siyasi məna daşıyır. Bu ali mükafat Prezident İlham Əliyevin Türk dünyasının inkişafına verdiyi töhfələrin, qardaş xalqlar arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin və Azərbaycanın beynəlxalq nüfuzunun yüksək qiymətləndirilməsinin ifadəsidir. Eyni zamanda bu təltif Azərbaycan xalqına göstərilən dərin hörmət və ehtiramın rəmzi kimi böyük əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələri regionun geosiyasi və iqtisadi inkişafında mühüm amillərdən birinə çevrilib. Xəzər hövzəsinin strateji əhəmiyyəti, Orta Dəhliz layihəsinin inkişafı və yeni iqtisadi əməkdaşlıq imkanları Azərbaycanı regionun etibarlı tərəfdaşı kimi ön plana çıxarıb. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Prezident İlham Əliyevin iştirakı Azərbaycanın regional əməkdaşlığa verdiyi böyük önəmin göstəricisidir. Bu platforma dövlətlər arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi və ortaq maraqlara xidmət edən təşəbbüslərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi siyasət ölkəmizin regional nüfuzunu daha da gücləndirir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və ali dövlət mükafatı ilə təltif olunması Azərbaycanın Türk dünyasında qazandığı yüksək siyasi etimadın və strateji əhəmiyyətinin parlaq təzahürüdür. Bu səfər qardaş xalqlar arasında münasibətlərin inkişafına, regional əməkdaşlığın genişlənməsinə və Türk dünyasının birliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
Ən əsası, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycanın Mərkəzi Asiya və Türk dünyası ilə münasibətlərində mühüm siyasi hadisə kimi yadda qaldı. Bu səfər yüksək dövlət mükafatı ilə təltif olunması, qardaş ölkələr arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın artan rolunun nümayiş etdirilməsi və Türk dünyasında birlik və həmrəyliyə verilən töhfələrlə əlamətdar oldu. Səfər bir daha göstərdi ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun siyasi və iqtisadi gündəminin formalaşmasında mühüm söz sahibi olan, qardaş dövlətlərlə münasibətlərini ortaq maraqlar və qarşılıqlı etimad əsasında inkişaf etdirən nüfuzlu ölkələrdən biridir.

Vilayət Musayev,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Avqust 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri