“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” Lukaşenko
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə sürətlə yayılan qumar oyunları və kazino reklamları ilə bağlı ailəsinin adının hallandırılmasına kəskin rekasiya verib.
“Qafqazinfo” “BelTA” agentliyinə istinadla xəbər verir ki, Belarus lideri Minskdə keçirilən hökumət iclasında mövzu ilə bağlı sərt ifadələr işlədib.
Lukaşenko xüsusilə onlayn kazinoların məşhur reklam şüarlarına diqqət çəkərək ailəsinə qarşı irəli sürülən iddiaları təkzib edib:
“Hər yerə onlayn kazino reklamlarını asmısınız. Artıq iş o yerə çatıb ki, guya bu bizneslə mənim ailəm məşğul olur. Mənim ailəm... Əksinə, ailəm hər gün mənə təzyiq edir, məni boğurlar ki, bu məsələyə diqqət ayırım. Belarusda hamı bundan istifadə edir. Ölkəni tamamilə kazinoya çevirmisiniz”.
Belarus prezidenti Prezident Administrasiyasının rəhbəri Dmitri Krutoya ölkədəki qumar biznesi və onun reklamları ilə bağlı ciddi araşdırma aparılması üçün qəti tapşırıq verib. Krutoyun ölkədə qumar sferasının “sərt tənzimləndiyini” bildirməsinə cavab olaraq isə Lukaşenko “Kağız üzərində tənzimlənib, amma reallıqda ölkə kazinoya dönüb” deyə təkrarlayıb.
Qeyd edək ki, son dövrlər Postsovet məkanında onlayn-kazinolar və qeyri-qanuni bukmeker kontorları ludomaniyaya (qumar aludəçiliyi) səbəb olduğu üçün dövlətlər tərəfindən nəzarət tədbirləri kəskin şəkildə artırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 Sentyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















