Icma.az
close
up
RU
Ölkənin böyük qida şirkəti “Anadoluqida” MMC cərimələnə bilər SƏBƏB

Ölkənin böyük qida şirkəti “Anadoluqida” MMC cərimələnə bilər SƏBƏB

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın böyük qida şirkətlərindən olan “Anadoluqida” MMC ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən MMC İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Anadoluqida” MMC ilə bağlı iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. 11 sentyabr tarixində hakim Samir İsmayılovun sədrliyi ilə işə baxılacaq.

Hüquqşünas Əkrəm Həsənov sözügedən maddə ilə bağlı Tribunainfo.az-a verdiyi açıqlamada qeyd etmişdi ki, hər bir şirkətin, sahibkarın borcudur ki, mal barədə əvvəlcədən gömrük orqanlarına elektron məlumat versin:

“Sahibkarlar, şirkətlər xaricdən mal gətirdərkən qabaqcadan gömrük orqanlarına elektron şəkildə məlumat verməlidir ki, mənə belə bir mal daxil olacaq. Gömrük orqanları əvvəlcədən məlumatlı olmalıdır ki, kimin, hansı şirkətin malı gələcək. Onsuz da mal gələndə biləcəklər, təbii ki. Ancaq əvvəlcədən bilinməlidir ki, belə bir mal gələcək. Şirkət bunu bildirməyib. İşin qaydası budur. Sahibkarın, şirkətin borcudur ki, elektron məlumat versin gömrük orqanlarına.

Bu şirkətin öz məsuliyyətsizliyi səbəbindən baş verir ki, elektron məlumat verməyi unudurlar, məsuliyyətsiz yanaşırlar. Bu işçilərin, şirkətin öz işinə etinasız yanaşmasından irəli gəlir. Şirkət məsuliyyətsizlik edir və nəticədə də cərimələnir”.

Xatırladaq ki, “Anadoluqida” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sumqayıt stansiyası, nizamnamə kapitalı 600 min manat, qanuni təmsilçisi isə Rəfail İsaq oğlu Musayevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:340
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri