Icma.az
close
up
RU
Ölkənin ən böyük uşaq festivalı

Ölkənin ən böyük uşaq festivalı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

1 iyun Uşaqlar Günü ilə əlaqədar, Dəniz Mall ölkənin ən böyük uşaq festivalına ev sahibliyi edir. 

Festival çərçivəsində Dəniz Mall-un çöl girişində 15-ə yaxın dəniz canlısının maketləri yerləşdirilmişdir. Maketlərdən qızıl balıq, su pərisi, dəniz ulduzu və sair. su canlıları bura gələn uşaqların və valideynlərin böyük marağına səbəb olur. Strafor Kəsim MMC-nin rəhbəri Nahid Eminovla maketlərin hazırlanması barədə söhbət etdik. O bildirdi ki, dekorlar həmin mərkəzdə heykəltaraşlar, ustalar və rəssamlar tərəfindən hazırlanmışdır: - Strafor adlanan materialdan hazırlanan bu dekorlar uzun iş prosesindən keçərək şəhərin mərkəzi hissəsində yerləşən Dəniz Mall-un həyətində quraşdırılmışdır. Bu layihə bütöv bir komanda tərəfindən ərsəyə gətirilib. 12 iyul tarixinə qədər bu maketlərin sərgisi baş tutacaq. İstəyən hər kəs gəlib, şəkil çəkdirə bilər.

Qeyd edək ki, hər həftənin bazar günü 20-yə yaxın fərqli personajlar ilə maskot paradı da keçiriləcək. Rəngarəng və fərqli geyimlərdə olan maskotlar Dəniz Mall-un həm çölünü, həm də daxilini gəzərək insanlara xoş təəssürat yaradır, onları əyləncəyə çağırır.

Həmçinin, Dəniz Mall daxilində fərqli mövzularda zonalar quraşdırılmışdır. Həftə içi  insanlar bu zonalarda gəlib foto çəkdirə bilər, şənbə və bazar günləri isə saat 12:00-dan 22:00-a qədər müxtəlif oyunlar, face art və s. fəaliyyətlərlə tanış ola bilərlər.

Festivalın maraqlı hissəsi isə “Dənizçi Pasportu” kampaniyasıdır. “Dənizçi Pasportu” kampaniyası 31 may – 22 avqust 2026-cı il tarixləri arasında Dəniz Mall-da keçirilir.

31 may 2026-cı il tarixindən etibarən Dəniz Mall-da həyata keçirilən hər minimum 50 AZN məbləğində alış-veriş əsasında ziyarətçilər Məlumat Mərkəzinə yaxınlaşaraq xüsusi “Dənizçi Passportu” əldə edə bilərlər.

Kampaniya müddətində Dəniz Mall daxilində bir mağazada edilən hər minimum 50 AZN alış-verişə görə passporta 1 möhür vurulur. Hər həftənin bazar günü ən çox möhür toplamış 5 passport sahibi qalib hesab ediləcək və 500 AZN dəyərində Dəniz Mall hədiyyə paketinə sahib olacaqdır.

Həmçinin şənbə və bazar günü pasportuna möhür vurulan şəxslər oyun zonalarına ödənişsiz giriş əldə edəcəkdir.

Festival barədə ətraflı məlumat əldə etmək üçün Dəniz Mall Instagram səhifəsini izləyin.

“Dənizçi Passportu” kampaniyası barədə ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyun 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri