Ölkənin ən zəngin adamı kisənin ağzını açdı: opera binası üçün 330 milyon...
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın ən zəngin adamı Klaus-Mixael Kühne Hamburqda yeni opera binasının inşası üçün 330 milyon avro ayırıb.
Ölkə.az xəbər verir ki, bu barədə Kühne Fondu ilə Hamburq şəhər rəhbərliyi arasında razılıq əldə olunub.
Razılaşmaya görə, şəhər rəhbərliyi opera binası üçün ərazinin ayrılmasını və müvafiq infrastrukturun yaradılmasını öz üzərinə götürüb. Kühne Fondu isə binanın tikintisinin maliyyələşdirilməsini həyata keçirəcək.
87 yaşlı milyarder doğma şəhəri Hamburqda opera binasının inşası ilə bağlı niyyətini ilk dəfə 2022-ci ildə açıqlayıb. Şəhər bələdiyyəsi ilk vaxtlar bu açıqlamanı ciddiyə almasa da, sonradan aparılan müzakirələr zamanı razılaşma əldə olunub.
1955-ci ildə tikilmiş Dövlət Operası binasının təmirə ehtiyacı olduğu halda yeni binanın inşası planına görə milyarder tənqidlərə də məruz qalıb./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Fevral 2025 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















