Icma.az
close
up
RU
Ölkənin əsas özəl klinikalarının rəhbərləri Siyahı+Foto

Ölkənin əsas özəl klinikalarının rəhbərləri Siyahı+Foto

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Azərbaycanda ilk özəl klinika 1998-ci ildə (MediClub) yaradılda da, bu sahənin inkişaf dövrü 2010-2020-ci illəri əhatə edir. Bu müddət ərzində ölkədə irili-xırdalı 300-dən çox özəl tibb müəssisəsi yaradılıb. İnsanların etimadını qazanmaq asan olmasa da, bu klinikaların bəziləri özlərini təsdiqləyə biliblər.

Lakin İcbari Tibbi Sığortanın tətbiqindən sonra ümumilikdə özəl klinikaların illərlə əldə etdikləri mövqeyin getdikcə zəiflədiyi müşahidə olunur. Bununla belə hələ də statusunu qoruyan böyük özəl klinika və şəbəkələri var ki, ölkənin ən yaxşı həkimlərinin əksər hissəsi məhz bu klinikalarda fəaliyyət göstərirlər.

O da sirr deyil ki, özəl klinikaların bir çoxu müəyyən iş adamları, məmur və ya nazirlərin yatırımı və dəstəyi ilə açılıb. Buna baxmayaraq, onlara rəhbərlik tanınmış həkimlərə tapşırəlıb.

Medicina.az ölkənin əsas klinikalarının baş həkim və direktoru postunda kimlərin olduğu ilə bağlı araşdırma aparıb. Həmin araşdırmanın nəticələrini tədim edirik:

Baku Medikal Plaza - 14 ildir yaranıb.

2024-cü ildən SARA İNVEST-ə daxil olan BMB və ya “İnternational Medical Centre-Bakı” Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik Şaiq Bayramova həvalə edilib. Şaiq Bayramov daha əvvəl “Naxçıvan Bank” ASC və “Rabitəbank” ASC-də çalışıb.

“İnternational Medical Centre-Bakı” QSC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun “Babək”, “Mərkəz”, “Medilux” və “İnternational” filialları var.

Bu filialların hər birinin ayrı-ayrı baş həkim vəzifəsi var.

Əsas Mərkəz filialının baş həkimi tanınmış reanimatoloq həkim Elxan Bəşirovdur.

Babək filialının baş həkimi Kamal Quliyevdir. O, da ixtisasca reanimatoloqdur.

Digər baş həkim Hüseyn Şahmalıyevdir. O, Medilux filialının baş həkimidir, ixtisasca terapevtdir.

Respublika Diaqnostika Mərkəzi (RDM)

Azərbaycanda 2016-cı ildən indiyə kimi 3 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinikadır.

Klinikanı keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin qurub yaratması heç kimə gizli deyil.

İcraçı direktoru 2018-ci ildən Rəşid Vəzirovdur, o fəlsəfə üzrə elmlər doktorudur.

Baş həkimi isə tibb elmləri namizədi Könül Xəlilovadır.

MedEra klinika - adı son zamanlar qalmaqallarda hallanan daha bir iri klinikanın direktoru uzun illərdir burda çalışan radioloq, xüsusən qaraciyər üzrə uzman dr. İbrəhim Əliyevdir.

Baş həkimi isə Əməkdar həkim Firəngiz Məhərrəmovadır.

Hb Güven klinikası - 10 ildən artıqdır fəaliyyətdədir.

Klinikanın baş direktoru ortoped-travmatoloq, uzman Dr. Rəşad Zeynalovdur.

Baş həkimi isə uroloq –androloq həkim Mansur Xəlilovdur.

Modern hospital - 2008-ci ildə yaradılıb. Çoxprofilli xəstəxanadır, reytinqi stabildir.

Daha çox cərrahi və bariatrik əməliyyatları ilə də tanınıb. Direktoruuzun illərdir klinikanın həm də baş həkimi olmuş bariatrik və ümuimi cərrah Taryel Ömərovdur.

Hazırda Modern hospitalın baş həkimi isə pediatr Təranə Hüseynovadır.

Ege Hospital – İlk yaradılanda adı Grand hospital olub. rəhbərliyi ən çox dəyişən klinikalardandır. 2018-ci ildən adı da, rəhbərliyi də dəyişib. Bir çoxları düşünür ki, bu klinika Türkiyətə bağlıdır. Lakin bu belə deyil.

Ən çox rəhbərliyi dəyişən klinikadır desək, yanılmarıq. Rəhbərləri barədə məlumat azdır.

Klinikanın baş icraçı direktoru Rafael Əliyev, Baş həkimi isə Fəxrəddin Əkbərovdur. F. Həsənov uzun müddət rayon xəstəxanalarının baş həkimi olub, sonradan vəzifəsindən azad edilib.

Avrasiya hospitalı– pandemiyaya qədər ən uğurlu xəstəxanalardan biri hesab olunurdu. 2 filialı var.

2017–2019-cu illərdə Avrasiya Hospitalın idarə heyətinin rəhbəri Asiman Həsənov olub.

Hazırda Baş direktoru Mətanət Həsənova ( o həkim deyil) , baş həkim isə tanınmış kardioloq Azər Nağıyevdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:428
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri